“İrəli” İctimai Birliyində 2020-ci il – “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirəyə çıxarıldı
13:03 17.01.2020
Arxiv
759
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq, “İrəli” İctimai Birliyinin 2020-ci il üzrə fəaliyyət planı təsdiq olunub. Təşkilatın sədri MirHəsən Seyidov və təşkilati heyət “İrəli”nin fəal üzvləri ilə görüşüb. Görüşdə Birliyin 2020-ci il ərzində gerçəkləşdirməyi nəzərdə tutduğu fəaliyyət planı, həmçinin, “Könüllülər ili”ilə əlaqədar atıla biləcək addımlar müzakirə olunub. Birliyin sədri MirHəsən Seyidov cənab Prezidentin bu ili “Könüllülər İli” elan etməsi qərarının gənclərin sevincinə səbəb olduğunu, bunun ölkə gəncliyinə göstərilən böyük diqqət və qiymətin göstəricisi olduğunu vurğulayıb.
Görüşdə həmçinin, gənclərin müasir dövrdə istək və gözləntiləri müzakirə edilib, gənclərin səsləndirdiyi fikirlər qeydə alınıb. Eyni zamanda, gənclərin təşəbbüs və təklifləri dinlənilərək, cari il üçün nəzərdə tutulan tədbirlər planına əlavə edilib.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi gənclərin ehtiyaclarının müəyyənləşdirilməsi üçün üzvlər və gənc könüllülər ilə bu cür görüşləri mütəmadi olaraq keçirir və gənclərin təşəbbüslərinin dinlənilməsi və onlara dəstək göstərilməsinə xüsusi diqqət ayırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya