İrəvan görüşü uğursuz olub
20:01 18.10.2016
Arxiv
444
Elxan Şahinoğlu: “Ermənilərin gözləntisi başqa idi”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin liderləri İrəvanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib. Rusiya Prezidenti KTMT-nin xarici təhdidlərin qarşısını almaq üçün yaradıldığını deyib: "Biz ətrafımızda baş verən hadisələrə münasibət bildirməli, eyni zamanda, keçmişdən bizə miras qalan problemləri dinc yolla, qarşılıqlı güzəşt əsasında həll etməyə çalışmalıyıq.
Münaqişələrin tərəfləri razı salan qarşılıqlı güzəşt əsasında həll olunmasına səy göstərməliyik. Qarabağ məsələsini də bu kontekstdə müzakirə etmişik”. Digər keçmiş sovet respublikaları arasındakı gərginliklərə də toxunan Putin bildirib ki, keçmiş sovet respublikalarının quruma daxil olub-olmaması o qədər də vacib deyil: "Əsas odur ki, bizim onların hamısı ilə tarixi münasibətlərimiz var. Bu münasibətlər NATO ölkələri arasında olan münasibətlərdən daha yaxın və dərindir. Biz bunu nəzərə almaya bilmərik”. Putinin açıqlamasını dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İrəvan toplantısının ən uğursuz yığıncaq olduğunu deyib və bunun səbəblərini açıqlayıb: "Toplantıya Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qatılmadı. Dedilər ki, guya, onun soyuqdəyməsi olub, ona görə tədbirə gələ bilməyib. Əminəm ki, Nazarbayev məqsədli şəkildə toplantıya qatılmayıb. Düzdür, Nazarbayev Azərbaycana səfərini də təxirə saldı. Ancaq bu səfəri istənilən vaxt həyata keçirmək olar. Ermənistandakı görüşə getməmək isə həmin toplantının statusunu azaltmaq deməkdir. Belarus Prezidenti Aleksandr Lukaşenko da açıq şəkildə gündəliyin yaxşı hazırlanmadığını söylədi və toplantıya gəlməsinin əhəmiyyətsiz olduğunu vurğuladı. Daha sonra bəlli oldu ki, KTMT-nin baş
katib seçkisi də təxirə salınıb. Halbuki bugünə qədər Nikolay Bordyujanın vəzifə müddətinin bitdiyi və Ermənistanı təmsil edən şəxsin onu əvəz edəcəyi gündəmdən düşmürdü. Amma iştirakçılar bu məsələdə də qərar vermədilər. Serj Sarkisyan çox məyus bir halda məsələnin növbəti Sankt-Peterburq görüşündə müzakirə olunacağını dedi. Lakin ermənilərin gözləntisi başqa idi. Onlar toplantıda Dağlıq Qarabağla bağlı hansısa sənədin qəbuluna çalışırdılar. Təbii ki, buna da nail ola bilmədilər. Yəni çox uğursuz görüş oldu və KTMT-nin heç bir işə yaramadığı üzə çıxdı”. Ekspertin fikrincə, təşkilatda təmsil olunan dövlətlərin hər birinin Azərbaycanla çox yaxın əlaqələri var: "Belarus və Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu da Ermənistanın xoşuna gəlmir. Xatırlayırsızsa, aprel döyüşləri zamanı Ermənistan təşkilatın Zirvə toplantısını keçirmək istədi. Amma Qazaxıstan və Belarus toplantıya qatılmaqdan imtina etdi və bunun Ermənistana dəstək anlamına gələ biləcəyini bəyan etdi. Bu mənada Ermənistan təşkilatdan çox narazıdır”. E.Şahinoğlu bildirib ki, Putinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləri də əhəmiyyətsizdir: "Onun dediklərində ciddi mahiyyət yoxdur. Məncə, Putinin açıqlamasından daha çox köməkçisi Uşakovun sözləri daha real idi. Əslində Kreml rəhbəri özü deyə bilmədiyi sözləri köməkçisinin dili ilə Azərbaycan cəmiyyətinə çatdırdı. Bu səbəbdən Moskvadan nəsə gözləməyə dəyməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət