
“İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmi ictimaiyyətə təqdim olundu
09:01 17.07.2018
Arxiv
893
16 iyul 2018-ci il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Elmi Araşdırmalar” ictimai birliyinin həyata keçirdiyi Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə "İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilməsi layihəsi çərçivəsində "İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
"İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmi tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilər tərəfindən məhv edilməsindən, bu faktların ermənilər tərəfindən təsdiq olunmasındən, İrəvanın tarixi abidələrinin azərbaycanlılara məxsus olmasının ermənilərin dili ilə etirafından, ermənilərin bəzilərinin İrəvanın tarixini məhv etməkdə böyük tarixi səhvə yol verdiklərini dərk etmələrindən bəhs edilir.
Bu mühüm məsələni beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə filmdə erməni tarixçilərinin, İrəvan şəhərinin tarixini araşdıran erməni tədqiqatçılarının, həmçinin İrəvan sakinləri olmuş azərbaycanlıların xatirələrindən geniş istifadə olunub.

Filmdə İrəvan şəhərinin, onun tarixi abidələrinin məhv edilmiş görüntüləri təqdim olunub, bütün bunlar erməni tarixçilərinin ifşaedici çıxışları ilə müşayiət edilib.
Sənədli filmdə müxtəlif sahələrin mütəxəssisləri: tarixçi, arxeoloq, teatrşünas, etnoqraf və sadə irəvanlıların fikirləri və xatirələrindən faktlar təqdim olunub.
"İRƏVAN: xatirələr və etiraflar” filmi Azərbaycan əleyhinə informasiya müharibəsi aparan düşmənlərə qarşı güclü ideoloji, siyasi, tarixi və informasiya silahı olmaqla yanaşı, İrəvan şəhəri və onun tarixi abidələrinə qarşı törədilmiş cinayətə görə tarixi-mənəvi məsuliyyətin müəyyən edilməsi üçün əsaslı faktoloji baza hesab oluna bilər.
Film, "hücum diplomatiyası”nın əsas tərkib hissəsindən biri kimi, tutarlı və təkzibolunmaz arqumentləri ilə indiki və gələcək nəsillər üçün informasiya müharibəsində faktoloji, arxiv videomaterialların dünyanın istənilən nöqtəsindən əldə edilməsi baxımından zəruri məlumatlarla zəngindir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət