İrəvanda toqquşmalarda 15 nəfər yaralanıb - Rəsmi Məlumat




İrəvanda baş verən toqquşmalar nəticəsində 15 nəfər xəsarət alıb.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.
"İlkin məlumata görə, son hadisələr zamanı təxminən 15 nəfər xəsarət alıb. Yaralıların dəqiq sayı müəyyənləşdirilir”, deyə A.Aytayan bildirib.
Qeyd edək ki, müxtəlif məlumatlara əsasən bu axşam İrəvanda baş verən toqquşmalar nəticəsində 50 nəfər polis tərəfindən saxlanılıb.