İrina Netraba finala yüksələ bilməyib

Pəhləvanımız bürünc medal uğrunda Norveçli idmançı ilə mübarizə aparacaq

Sərbəst güləş üzrə 58 kq çəkidə xalçaya çıxan yığmamızın üzvü İrina Netraba finala yüksələ bilməyib. sherg.az bildirir ki, təmsilçimiz yarımfinalda macarıstanlı Emes Barkya 1: 3 xal hesabı ilə uduzub. Bununla belə, pəhləvanımız bürünc medal uğrunda Norveçli G.Bullenlə mübarizə aparacaq.
Qeyd edək ki, pəhləvanımız, ilk mərhələdə italiyalı Karola Raynero ilə güləşib. Qarşılaşma 3-1 xal hesabı təmsilçimiz xeyrinə başa çatıb. Bununla təmsilçimiz adını 1/8 final mərhələsinə yazdırıb. O,1/8 final görüşündə isə bolqarıstanlı Mimi Hırıstova ilə mübarizə aparıb. Qarşılaşma6:4xal hesabı ilə İrinanın qələbəsi ilə yekunlaşıb.

Ayyət