İrina Netraba İlk Avropa Oyunlarını əliboş tərk edib





Sərbəst güləş üzrə 58 kq çəkidə burunc medal uğrunda mübarizə aparan təmsilçimiz İrina Netraba İlk Avropa Oyunlarını əliboş tərk edib. Sheg.az bildirir ki, norveçli G.Bullenlə gücünü sınayan idmançımız birinci hissədəcə təmiz xal hesabı ilə uduzub. Qeyd edək ki, pəhləvanımız ilk mərhələdə italiyalı Karola Raynero ilə güləşib. Qarşılaşma 3-1 xal hesabı təmsilçimiz xeyrinə başa çatıb. Bununla təmsilçimiz adını 1/8 final mərhələsinə yazdırıb. O,1/8 final görüşündə isə bolqarıstanlı Mimi Hırıstova ilə mübarizə aparıb. Qarşılaşma 6:4 xal hesabı ilə İrinanın qələbəsi ilə yekunlaşıb. Təmsilçimiz yarımfinalda macarıstanlı Emes Barkya 1: 3 xal hesabı ilə yenilib.

Ayyət