İrinanın həyat hekayəsi... Anası ilə kartof, pomidor və xiyar yetişdirib dolanırmış

Son vaxtlarda çılğın eşq həyatıyla gündəmdə olan dünyanın ən gözəl manekeni İrina Şeykin həyat hekayəsi hər kəsi təəcübləndirir.
Məşhur futbolçu Kristiano Ronaldodan ayrıldıqdan sonra ABŞ-lı aktyor Bradley Cooper ilə eşq yaşayan Seyk, Rusiyada Emanzelisk adında kiçik bir kənddə doğulub. Anası rus və atası tatar olan məşhur manekenin kökləri müsəlman olduğu bildirilir. Atasının həyatını itirməsindən sonra ailənin böyük maddi çətinliklər yaşayır. Bu maddi çətinliklərlə döyüşmək üçün Şeyk, evdə anası ilə kartof, pomidor və xiyar yetişdirib dolanışıqlarını təmin etməyə çalışıb. Bunlarla yanaşı məktəbdə aldığı piano təhsilinə davam edib. İrina, Sovetlər dövründən qalma bu evdə bacısı Dadana və anası Olqa ilə birgə yaşayıb.
Atası 40 yaşındaykən bu evdə həyatını itirib. Onun ən böyük xəyallarında biri isə hündür dikdaban ayaqqabı geymək idi. Lakin Şeyk, çox kasıb olduqları üçün bu ayaqqabıları ala bilmədiklərini ifadə edir. Atasının bir tatar olduğunu söyləyən Şeyk "Anamdan daha çox atama bənzəyirəm. Atam bir tatar idi və ümumiyyətlə tatarlar tünd bir dəriyə sahibdirlər. Mən də eləyəm. Ruslara çox bənzəmirəm. Yalnız gözlərimi anamdan götürdüm” deyir. İrinanın atası Valeri tünd bir dəriyə sahib olduğu üçün də daim məktəbdə lağ obyekti olurmuş. 
Yaşı irəlilədikcə musiqi təhsilini bir kənara buraxan Şeyk, 2007-ci ildə bir modellik kursuna qatıldı və bu kursdan sonra sürətlə tanınmağa başladı. ABŞ-a getmək istəyən Şeykə ən böyük maneə soyadı olmuşdu. Soyadının Şeykhlislamov (Şeyhislamova) olmasından ötəri manekenə viza verilmədi. Həyata qarşı mübarizəsində nənəsinin nümunə götürdüyünü söyləyən Şeyk "Nənəm mənim üçün bir mələkdir. Nənəm II. Dünya müharibəsində Qırmızı Ordu üçün döyüşüb. Ondan çox medalı var. Onun verdiyi mübarizə və bizi faşistlərdən qurtardığı üçün minnətdarım” deyə söyləyir.