İş adamı intihar etdi, yaxınları fəryad qopardı

Adanada bir iş adamı ofisində tapançanı başına sıxaraq intihar edib.
Hadisə mərkəzi Seyhan mahalı Qurtuluş məhəlləsində baş verib. D. Ş., hadisə yerində həyatını itirib. Yüksək miqdarda borcu olduğu iddiası irəli sürülən iş adamının meyiti binadan çıxarıldığı zaman yaxınları fəryad edib, gözyaşı töküb. İş adamının cəsədi yarılmaq üçün Adana Ədli Tibb Təşkilatına aparılıb. Ətrafdakı mənzillərdə məskunlaşan vətəndaşlar hadisəni böyük bir kədərlə izləyib. Hadisə ilə əlaqədar istintaq başlayıb.