İş yerindən 1000 yumurta oğurladı

Çində fabrikdə çalışan bir adamın, iş yerindən 1000 ədəd yumurta oğurlaması qarışıqlıq yaratdı.
Çinin Pinghu şəhərində işləyən bir təhlükəsizlik işçisinin iş yerindən 1000 ədəd yumurta oğurladığı ortaya çıxdı. Yumurtalar, soyadı Gu olaraq açıqlanan adamın soyuducundan tapıldı. İngilis Daily Mirror qəzetinin xəbərinə görə, iki çamadan dolusu yumurtanı iş yerindən çıxararkən tutulan Gunun evində, hadisənin ardından axtarış aparıldı. Yumurtaların hamısının üstündə tarixlərinin yazdığı ifadə edilərkən, Gu, günahını qəbul edərək yumurtaları "həqiqətən çox sevdiyini” söylədi. Evdə eyni zamanda ət, sabun, dəsmal qutuları və yuyucu şüşələri də tapıldığı ifadə edilərkən, təhlükəsizlik işçisi, "Neçə dəfə oğurladığımı saya bilmədim. Ehtimalla yüzlərlə dəfədir. Evimdəki hər şeyi oğurladım” dedi. Mövzu haqqında danışan fabrik sözçüsü, "Hər kəs kimi biz də hadisəni törədənin təhlükəsizlik işçisi olmasından çaşmışıq. Gecələri yanına
gedəcək bir ailəsi olmadığı üçün işi sevən çalışqan və işinə hörmətli bir vəzifəli olduğunu düşünürdük. İndi isə ətrafda gəzib kimsə onu görmədən bir şeylər oğurlamaq üçün belə bir şey etdiyini fərq etdik” dedi.