İşçilər 3 aydır əmək haqlarını ala bilmirlər

Fəhlələr bir-bir işdən çıxırlar



"Xəzər adaları”nın (Khazar İslands) prezidenti Hacı İbrahim Nehrəmli 3 aydır ki, həmin adada çalışan işçilərin əmək haqqını vermir.

Bu barədə "Şərq”ə şirkətin adını çəkilməsini istəməyən fəhlələrindən biri bildirib. Mənbənin məlumatına görə, onlar sonuncu dəfə fevral ayında maaş alıblar: "Bir müddətdir ki, orada fəhlə işləyirəm. Əvvəllər maaşlarımızda müəyyən gecikmələr olsa da, ala bilirdik. Amma indi 3 aydır ki, aylıq üzü görmürük. Hər gün aldadırlar ki, bu gün əmək haqları paylanılacaq. Amma heç nə verilmir. Nə qədər gözləmək, dözmək olar? Rayondan bura gəlmişik ki, ailəmizə 5-3 manat çörək pulu qazanaq. Kirayə haqqını və çörək pulunu dost-tanışdan alıb birtəhər dolanırıq. Artıq fəhlələrin 95 faizi işdən çıxıb. Etiraz aksiyası keçirmək istəyirlər. Aylıqlarının verilməsini tələb edirlər. İnsanı işlədib pulunu vermirlər. Belə olmaz axı”.

Ayyət