“İntiharın əsas səbəblərindən biri də sabaha inam məsələsidir. İnsanda sabaha inam qalmayanda, çıxış yolu olmayanda, intihara meyilli olanlarda özünü öldürmə riski çoxalır”
İşdən çıxarıldığına görə intihar etdi
“İnsanın əlində maraqlı iş olanda ölüm yaddan çıxır”
“İntiharın əsas səbəblərindən biri də sabaha inam məsələsidir. İnsanda sabaha inam qalmayanda, çıxış yolu olmayanda, intihara meyilli olanlarda özünü öldürmə riski çoxalır”
“İntiharın əsas səbəblərindən biri də sabaha inam məsələsidir. İnsanda sabaha inam qalmayanda, çıxış yolu olmayanda, intihara meyilli olanlarda özünü öldürmə riski çoxalır”
Son zamanlar cəmiyyətimizdə intiharların sayı durmadan artmaqdadı. Hər gün bir neçə şəxsin intihar xəbərini alırıq. Artıq intiharlar o qədər adi hal alıb ki, kiminsə canına qəsd etdiyini oxumaq bizim üçün təəcüb doğurmur. Ortada isə yalnız bir sual var - "səbəb nədir?”.
İntiharlar müxtəlif səbəblərdən dolayı baş versə də, indiki dönəmdə məsələnin kökündə sosial problemlərin olduğu danılmaz faktdır. İntiharların demək olar ki, hər biri sosial gərginlikdən doğur. Məhz sosial problemlər bu gün cəmiyyətimizin "qorxulu yuxu”suna çevrilib.
Növbəti intihara cəhd isə Salyan rayonunda qeydə alınıb. Rayon sakini Adil Əliyev dünən zəhərlənmə diqanozu ilə Salyan Rayon Mərkəzi xəstəxanasına gətirilib. Onun 50-60 ədəd müxtəlif dərman həblərini birdəfəyə qəbul etdiyi deyilir. Səbəb isə ekspeditor işlədiyi şirkətdən işdən çıxarılmasıdır.
İntiharların çoxalması fikrini təsdiqləyən sosioloq Əhməd Qəşəmoğlu ən böyük səbəblərdən biri kimi cəmiyyətin təsirini qeyd edib. Sosioloq bildirib ki, tez-tez intihar hadisələri baş verir, bu da bəzi psixoloji tip olan insanlara ciddi təsir göstərir. İntihara meyilli olan müxtəlif qruplar var, ancaq hər qrup canına qəsd eləmir. Psixoloji sarsıntıları olanlar isə daha çox intihara meyilli hesab olunur:
"Hər bir insanın əlində maraqlı iş olanda ölüm yaddan çıxır. Əksinə həmin insan çalışır ki, imkan olduqca bu işi daha tez görsün. Mən elə insanlar tanıyıram ki, xəstədilər, amma əllərində işləri var və çox arzulayırlar ki, kaş bu işlərini görüb qurtara bilsinlər. İnsanın əlində maraqlı işinin olmağı burada vacib rol oynayır. Maraqlı iş odur ki, insanın təyinatına, arzusuna uyğun olsun, onun müəyyən qədər həyat səviyyəsinə, yaşamına maddi tərəfdən kömək etsin. Yəni insanın potensialının açılmasına xidmət göstərsin. Maaş çox olmasa da əsas odur ki, insanın ürəyincə olan iş olsun.
İntiharın əsas səbəblərindən biri də sabaha inam məsələsidir. İnsanda sabaha inam qalmayanda, çıxış yolu olmayanda intihara meyilli olanlarda özünü öldürmə riski çoxalır. Hər zaman bilməliyik ki, cəmiyyətdə bu tip insanlar var. Belə insanlara qarşı bir qədər ehtiyatlı olmaq lazımdır. Ona görə də istənilən idarə rəisi öz işçilərinə diqqət yetirməlidir. Sovet dönəmində əhalinin güzəranı indikilərdən də pis olub. Amma əhaliyə ümid verilirdi, gələcəkdə hansısa işlər barəsində danışılırdı”.
Ə.Qəşəmoğlu həmçinin cəmiyyətdə olan neqativ halların əksəriyyətinin səbəbi kimi televiziyadakı verilişləri əsas götürüb. Onun sözlərinə görə, televiziyanın özündə məqsədyönlü işlər getməlidir ki, insanların sabaha ümidini artırmağa, onlara maraqlı iş tapmağa kömək olsun. Əgər bu sahədə əsaslı işlər aparılarsa, neqativ halların qarşısını nisbətən də olsa almaq mümkün olar:
"Hazırda iş yerləri yoxdur, zorla deyə bilmərik ki, hamıya iş verək. Lakin televiziyalarda elə verilişlər apara bilərik ki, əhali potensialını açmağın yollarını tapa bilər. Biz bunu eləmirik. Əhalinin potensialını açmağın yollarını verə bilmirik. Onlar da oturub gözləyir ki, mənə nə vaxt iş verəcəklər. Belə olmaz, bu gün tələbəmiz də belədi, əhalimiz də belədi. Tələbə də bilməlidir ki, sabah onun təyinatı olacaq, onu harasa işə göndərəcəklər, və yaxud əhali bilməlidir ki, sabah onu xoş bir şey gözləyir. Bu sahədə çox ciddi, düşünülmüş, elmi əsaslanmış fəaliyyət proqramlarımız olmalıdır. Belə fəaliyyət sahələrimiz yoxdu. Ona görə də bu sahədə işlər arzuolunmayan istiqamətdə gedir. Mən ilk gündən təklif eləmişdim ki, ciddi mütəxəssislər yığsınlar, bu sahəylə bağlı görüləcək tədbirlər planı hazırlasınlar. Əvəzində isə mənə cavab gəlir ki, "bütün inkişaf etmiş cəmiyyətlərdə belə hallar var”. Çox yanlış fikirdi, inkişaf etmiş cəmiyyətdə bu varsa, deməli həmin cəmiyyətin də qüsurlu tərəfi var”.
Psixoloq Azad İsazadə isə intiharların baş vermə səbəblərinin dəqiq olaraq araşdırılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, real tədbir görmək üçün ilk növbədə problemin nədən qaynaqlandığını öyrənmək lazımdır. Psixoloq həmçinin deyib ki, ola bilsin intihara cəhdin daha dərin səbəbləri olub və işsizlik axırıncı "damcı” rolunu oyanıb:
"Ümumiyyətlə, bu gün cəmiyyətimizdə işsiz insanların sayı çoxdur. Lakin hər işsiz qalan intihar etmir. Deməli, söhbət yalnız işsizlik deyil. Sosial gərginlik insanın özünü lazımsız, əzgin hiss eləməyə vadar edir. Təbii ki, intihar fikri birdən-birə yaranmır, insanda əvvəlcə ümidsizlik olur, sonra hansısa depressiv hallar əmələ gəlir və depressiyanın zirvəsi kimi intiharı qiymətləndirmək olar. Son zamanlar intiharlarla tez-tez rastlaşırıq, amma onun elmi araşdırmasını aparan yoxdur. Yaş və cins qrupları ilə bağlı araşdırmalar aparılmır, səbəblər dəqiq öyənilmir və metodların üzərində işləmirik. Həmçinin intiharlarla bağlı statistik məlumat çox azdı. Sadəcə görürük ki, intiharların sayı çoxalır. Konkret bu işlə məşğul olan qurum olmadığına görə bizim yeganə məlumat mənbəyi KİV-lərdi”.
Yeganə Bayramova