“İşgüzar nüfuzumu ləkələməyə çalışırlar”
09:42 17.07.2018
Arxiv
1554
İftixar Piriyev: “ Əjdər Zeynalov mənim yerimə teatrın direktoru gəlmək istəyir. Özü kimi bir neçə istedadsız aktyorları da başına yığıb teatrda çaxnaşma etməyə cəhd göstərir”
İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev polisə çağırılıb. Direktor teatrda baş verən insidentlə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət edilib. Məlumatı dəqiqləşdirmək üçün İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyevlə əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən teatr direktoru əvvəlcə bildirdi ki, məlumat əsassızdır.
- Yalan məlumatdır, böhtandır. Bu məlumatları ötən ilin yayından etibarən teatrın bir neçə əməkdaşı mənə qarşı qara piarın davamı kimi yayıblar. Onlar mənim işgüzar nüfuzuma xələl gətirmək məqsədilə bu kimi yalan məlumatları yaymaqla ictimaiyyətdə mənə qarşı aqressiya yaratmağa maraqlıdırlar. Teatrın bir neçə əməkdaşı ötən il də mənə qara yaxmağa çalışdılar, amma istəkləri baş tutmadı.
- Söhbət Əjdər Zeynalov və Elçin Hacıyevdən gedir yəqin ki?
- Bəli, onlar ətraflarına bir neçə aktyor yığmaqla mənim teatrdan getməyimi istəyirlər. Hər iki adını çəkdiyiniz aktyorlar teatrın son sıralarında duran istedadsız aktyorlardı. Mənim işgüzar nüfuzumu ləkələməyə çalışırlar. Ötən il də qara piara başladılar. Amma istəkləri ürəklərində qaldı. Əjdər Zeynalov mənim yerimə teatrın direktoru gəlmək istəyir. Onun dərdi teatra rəhbər gəlməkdir. Özü kimi bir neçə istedadsız aktyorları da başına yığıb teatrda çaxnaşma etməyə cəhd göstərir.
- Ötən ildən davam edən soyuq müharibə hələ də davam edir?
- Müharibəyə çıxan onlardı. Mən işimlə məşğulam. Yenə deyirəm, mənim adımı ləkələməyə çalışırlar.
- Teatrda nə isə baş verməyibsə, bu söhbət hardan qaynaqlanıb?
- Əslində teatrda insident baş verib. Amma mən polisə dəvət olunmamışam. Maraqlana bilərsiz. Teatrda həmin o qruplaşmanın üzvlərindən olan Zülfiyyə İsmayılova adlı aktrisa var. O, insident yaradıb. Qapıda olan, mühafizədə oturan qadını təhqir edib. Üzünü-gözünü cırmaqlayıb. Sonradan qabaqdangəlmişlik edib polisə müraciət edib ki, işdən çıxarmayaq. Polis də məsələni araşdırdı. Məndən sadəcə telefonda zəng edib soruşdular ki, teatrda belə bir hadisə olub, ya yox. Mən də bildirdim ki, olub. Amma teatr daxilində məsələ həllini tapıb.
- Əgər polisə teatrın əməkdaşı rəsmi müraciət edibsə, demək ki, şikayətçi var.
- Polisə qadın müraciət edib. Polis də onun iddiasının əsassız olduğunu araşdırıb. Siz də maraqlana bilərsiz. Oranın rəisi mənim də dostum, yaxın münasibətdə olduğum insandı. O ərazidə məskunlaşdığımız üçün oranın polis rəisi də məni tanıyır.
- Əgər polisə rəsmi müraciət olubsa, onda siz ora çağrılmalıydınız...
- Rəsmi müraciət olub. Mənə də telefon ediblər, soruşublar, demişəm ki, biz məsələni teatrda həll etmişik. Polis də araşdırıb görüb ki, şikayət əsassızdır. Biz teatrda o aktrisanın hərəkətini də müzakirəyə qoyub onun teatrdan getməsini nəzərdə tutmuşuq. Teatr kollektivi bu addımı teatrın adına xələl kimi qiymətləndirir. Odur ki, növbəti iclasda əgər teatr kollektivi Zülfiyyə İsmayılovanın teatrdan getməsini tələb etsə, onun işinə son qoya bilərik.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət