
İŞİD-in məzhəb müharibəsi Türkiyəyə doğru irəliləyir
09:05 02.05.2019
Arxiv
1030
Ankaranın ilk işi ölkədəki terrorçuların bazasını məhv etməkdir
Müharibə meydanında məğlub edilən İŞİD yeni mərhələyə keçid etmək ərəfəsindədir. Bir müddət əvvəl Şri-Lankada 8 partlayış törədən qruplaşmanın İŞİD-lə bağlılığı olduğu ortaya çıxmışdı. Partlayışlardan sonra terrorçuların nəşri olan "Əl Nəba” saytı "yeni arenalarda xilafət bayrağını qaldırmaq” barədə yazılar vermişdi. Ən əsası isə İŞİD təhlükəsinin şimal qonşumuz Rusiyada meydana çıxmasıdır. Ötən gün Rusiya kəşfiyyat orqanları İŞİD-in gizli qruplaşmasını deşifrə ediblər. Qruplaşma üzvləri Rusiyada terror hazırlığı içində imiş. Kəşfiyyat orqanlarının məlumatına görə, İŞİD-in hədəfində Türkiyə, Pakistan, Hindistan, İordaniya, Səudiyyə Ərəbistan, İndoneziya, Malayziya, Misir və başqa ölkələr var. Ümumiyyətlə, son aylar baş verənlər Yaxın Şərqdə məhv edilən İŞİD-in yenidən fəallaşdığına işarədir. Ötən gün qruplaşma lideri Bağdadinin yeni görüntülərini əks etdirən videoda "xəlifənin” əlində tutduğu dosyalarda "Vilayəti Türkiyə” yazısının olması diqqətçəkən məqamdır. Ekspertlər terrorçuların Türkiyəni qarışdırmaq niyyətindən vaz keçmədiklərini bəyan edirlər.

İddiaları "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, araşdırmaçılar İŞİD-in məzhəb müharibəsinin Türkiyəyə doğru irəlilədiyini bildirirlər. Ekspertin sözlərinə görə, vaxtilə İŞİD-ə simpatiya bəsləyən qruplar Türkiyədə özlərinə yuva salanda hökumət buna qarşı sərt addımlar atmadı. Belə görünür ki, Türkiyə uzun müddət Suriyadakı sabitsizlikdən əziyyət çəkəcək:
"Türkiyədə təşkil edilən yürüşlərdə bəzən İŞİD-in bayraqları gözə dəyir. Terrorçular bu yaxınlarda Suriya və İraqda əhəmiyyətli məğlubiyyətlərə düçar olub. Lakin tam dağılmayan qruplaşma prosesləri Türkiyə daxilinə keçirtmək istəyir. İŞİD-ə bağlılıqlarını elan etmiş qrup və fərdlər Türkiyə üçün ciddi problemlər yarada bilərlər.
Türkiyə bu gün təhlükə ilə üz-üzədir. Qardaş ölkə onilliklər ərzində özü və qonşuları ilə sülh içində yaşayıb və NATO-nun sədaqətli və dəyərli müttəfiqi olub. Bu yaxınlaradək diqqətini iqtisadi və sənaye inkişafına yönəldib. Ölkədə firavanlıq artırdı, azad mətbuat, demokratiya, gənclər üçün çox sayda iş yerləri vardı. İndi bütün bunlar təhlükədədir, ölkənin azad cəmiyyəti bir çox aspektlərdə geri çəkilir”.
Siyasi şərhçinin fikrincə, Türkiyənin 3 yolu var:
"Ölkə daxilində terrorçuların bazası mövcuddur. Türkiyə ilk növbədə həmin özəyi aradan qaldırmalıdır. İŞİD-ə qoşulmaq üçün Türkiyə sərhədlərindən Suriyaya keçmək istəyənlərin qarşısı alınmalıdır. Hamıya məlumdur ki, İŞİD-ə qoşulanların böyük bir qismi Suriyaya Türkiyə sərhədlərindən daxil olurlar. Buna görə də Türkiyə Suriya ilə sərhəd xəttini möhkəmləndirməlidir. Eyni zamanda İŞİD-ə qarşı NATO dövlətlərinin koalisiyasına qoşulmalıdır.
ABŞ çoxdan idi ki, bu koalisiyanı arzulayırdı. Lakin hər dəfə Türkiyə məsələni yubandırırdı. Türkiyə İŞİD təhlükəsinə qarşı Rusiya və İranla da əməkdaşlıq etməlidir.
Əgər hökumət bu şərtlərə əməl etməsə, terrorçu qruplaşma yaxın vaxtlarda Türkiyə üçün baş bəlasına çevrilə bilər. Hakimiyyət dərhal adekvat tədbirlər görməlidir. Əks halda Türkiyədə bir sıra terror aktları baş verə bilər. Ankara baş verə biləcək təxribatların qarşısını almağa hazır olmalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media