Dünən axşam saatlarında Bakı şəhəri, Mətbuat prospekti ərazisində yerləşən işıqfor piyadalara təhlükə yaradıb.
Sherg.az xəbər verir ki, Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən işıqfor işləmədiyinə görə, piyadalara və sürücülərə təhlükə yaradıb.

Belə ki, işıqforun işıqları yanmadığından sürücülər yolu keçir və piyada keçidi olduğu halda dayanmır. Çarpaz yoldan prospekt istiqamətinə hərəkət edən avtomobillər isə qəza təhlükəsi ilə üzləşir.
Xatırladaq ki, aidiyyatı qurumlar problemin aradan qaldırılması istiqamətində hələlik tədbir görməyib.
Aysel Aslan