İspaniya xarici işlər naziri: “Bakı yeni qlobal məkandır”
10:31 26.04.2016
Arxiv
405
"Forumun keçirilməsinə dəstək verdiyi üçün Azərbaycana təşəkkür edirəm. Orta əsrlərdə İpək Yolu o dövrün interneti, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində İspaniyanın xarici işlər naziri Manuel Qarsia Marqallo söyləyib.
"Bu gün Bakıda ona görə toplaşmışıq ki, bura yeni qlobal məkandır. Bu tədbir bir növ hamını bir araya gətirir. Bütün bu əlaqələr bizim müxtəlif çağırışlarla əlaqədar tədbirlər görməyimizə xidmət edə bilər. Alyansa gəlincə, BMT-yə xidmət edən alət kimi müxtəlif cəmiyyətlər qarşısındakı ziddiyyətlərin aradan qaldırılmasına töhfə verəcək. Ona görə də Alyans çox mühüm platformadır. Sivilizasiyaların müxtəlifliyi tərəqqi əldə edilməsində danılmaz gücdür. Ona görə də prinsipial mövqedən çıxış etməliyik. Bütün sivilizasiyalar dinlərə, mədəniyyətlərə qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. Biz qlobal şəkildə insan hüquqlarının təmin edilməsinə öz töhfəmizi verməliyik”.
M. Marqallo bildirib ki, ümumi prinsiplərdən uzaqlaşmamalı, terrorizmə qarşı mübarizədə sivilizasiyalararası platforma yaradılmalıdır: "Terrorizm qurbanlarının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşına bu fenomenə qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər. Beləliklə də mədəni dialoqla münaqişələrin öncədən qarşısının alınmasına da diqqət yönəltməliyik. İspaniya Mərakeşlə birlikdə multikulturalizm tədbirləri həyata keçirib. Münaqişələrin qarşısının alınmasında qabaqlayıcı tədbir kimi mədəni tədbirlər diqqət mərkəzində olmalıdır. Terrorizmin qurbanlarının artmasının qarşısını da qabaqlayıcı tədbirlər almalıdır. İspaniya bu sahədə çoxsaylı tədbirlər təşkil edir. Amma buna baxmayaraq, bizim qət edəcəyimiz kifayət qədər böyük yol var”.
İspaniyanın xarici işlər naziri qeyd edib ki, zorakı ekstremizm təhdidi son illər artıb: "Biz birmənalı şəkildə ekstremizmə qarşı mübarizə aparmalıyıq, bu, mənəvi borcumuzdur. Bu, İspaniya üçün vacib məsələdir. Ona görə də 2015-ci ildə İspaniya xarici işlər nazirlərinin iştirakı ilə tədbir keçirdi və Madrid Bəyannaməsi qəbul edildi”.
İspaniya xarici işlər naziri Tolerantlıq Komitəsini yaratmağı da təklif edib: "Terrorizm qurbanları olan gənclər sülh və tolerantlıqla bağlı maarifləndirilməlidir. Bunun üçün özəl platforma yaradılmalıdır. Sosial şəbəkələrdən, video oyunlardan istifadə edilməlidir. Media da bu baxımdan müxtəlif din və mədəniyyətlərin təbliğində mühüm rol oynamalıdır. Bizim təbliğat kanallarımız birbaşa qurbanlara çıxmalıdır. Sizi dini liderlərin İspaniyada keçirilən toplantısında da iştirak etməyə çağırıram . Mütəxəssislərin də sülh quruculuğu ilə bağlı məsələlərə rəy və təkliflərini verməyə çağırıram. Qadınların aktiv iştirakı olmadan sülhün təmin edilməsinin mümkün olmadığını da bir daha vurğulayıram”.
M. Marqallo gənclərin gələn il bir toplantısının keçirilməsini, həmin toplantıda multukulturalizm, sülh məsələlərin müzakirə olunmasını təklif edib: "Əsas odur ki, müxtəlifliyə baxmayaraq birgə yaşamağı bacaraq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya