“İsrail qondarma “erməni soyqırımı”nı tanıya bilməz və tanımamalıdır”
20:35 04.07.2016
Arxiv
675
Qondarma "erməni soyqırımı”nın tanınması məsələsi erməni apostol kilsəsi və İsraildəki erməni icması tərəfindən hər zaman qaldırılır, lakin bu məsələnin heç bir perspektivi yoxdur.
Bunu Trend-ə İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut deyib.
Onun sözlərinə görə, erməni apostol kilsəsinin bu məsələni daim Knessetdə (İsrail parlamenti) qaldıran lobbiçiləri var: "Türkiyə ilə münasibətlərin qaydaya salınması uzun müddət İsrail xarici
siyasətinin prioriteti olub. İndi tərəflərin razılığa gəldiyi bir vaxtda qondarma "erməni soyqırımı”nın tanınması məsələsinin heç bir perspektivi yoxdur”.
A.Qut qeyd edib ki, son dövrlərdə Ermənistanda qaniçən faşistlərə pərəstiş artıb: "Buna misal olaraq, Yerevanın mərkəzində erməni faşist Qaregin Njdeyə abidə qoyulmasını göstərmək olar. Bunun arxasında hər hansı siyasi qruplaşma deyil, dövlət dayanır, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Belə bir şəraitdə İsrail qondarma "erməni soyqırımı”nı tanıya bilməz və tanımamalıdır”.
Ekspertin sözlərinə görə, Ermənistanda faşistlərin "göylərə qaldırılması” Holokosta hörmətsizlik deməkdir: "İsraildə anlayırlar ki, 1915-ci il hadisələrini soyqırım adlandırmaq çətindir. Belə ki, ermənilər Osmanlı imperiyasına düşmən mövqeyində dayandıqları və Rusiya imperiyasının əlində alətə çevrildikləri üçün həlak oldular”.
A.Qut əlavə edib ki, Ermənistan antisemitizmin çiçəkləndiyi ölkədir: "Ermənistan bu baxımdan MDB məkanında ilk yeri tutur. Bu gün Ermənistanda siyasətçilərin antisemitist bəyanatlarla çıxış etdiyini görürük. Ermənistan monodövlətdir, burada ermənilərdən başqa heç bir millət yaşamır. İsrailin Türkiyə və Azərbaycanla münasibətlərdə provokasiyaya getməsində məna yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol