İsrail Suriyanı yenidən BOMBALAYIB




İsrail Suriyanı raket qurğularından yenidən bombalayıb. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan bildirilib. 

Məlumata görə, İsrail hərbi hava qüvvələri Qolan ərazisində qeyri- yaşayış ərazisini darmadığın edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Qeyd edək ki, bu, bir həftə ərzində Qolanın İsrail tərəfindən işğal olunan hissəsində atılan dördüncü raketdir. 

Onu da yada salaq ki, 2011-ci ildə İsrail Suriyaya bir neçə dəfə hava zərbələri endirib. Ona görə ki, İsrail hökuməti "Hizbullah" terror təşkilatının Əsəd rejiminə bağlı olduğunu idda edir. 

Ayyət Əhməd