İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib
13:35 04.07.2016
Arxiv
627
İsrailin "Kanal 9” televiziyasında "Gəlin, danışaq” verilişində Ermənistanın paytaxtı İrəvanda ermənilərin "qəhrəmanı” Njde Qareginə abidə qoyulması məsələsi müzakirəyə çıxarılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, verilişin aparıcısı, siyasətçi İosif Şaqal "İnsanlıq əleyhinə cinayət törətmiş şəxsi bir ölkə "milli qəhrəman” adlandıra bilərmi? Əgər belədirsə buna necə bəraət qazandırmaq olar?” sualı ilə veriliş iştirakçılarına müraciət edib. İosif Şaqal hazırkı gərgin şəraitdə bəzi dövlətlərin tarixi faktları təhrif edərək təqdim etdiyini diqqətə çatdırıb. Onun "Biz almanlarla əlbir olub Holokost faciəsini törədən "xalq qəhrəmanlarına”, Xarkovda, Çernobılda antisemit Stepan Banderaya, minlərə yəhudi uşağı öldürən Herbert Kukursa və faşist, antisemitist Njde Qareginə abidə ucaldılmasına susmalıyıqmı?” sualı ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, politexnoloq Oleq Levinski, vəkil Mark Knyajevskiy iştirak edib.
O.Levonski türklər, azərbaycanlılar və yəhudilərə qarşı kütləvi qətllərdə iştirak edən insana abidə qoyulmasının səbəbinin ermənilərin öyünməyə əsl qəhrəmanının olmaması ilə bağlayıb. A.Qut isə bildirib ki, faşist erməni generalına abidə qoyulması Holokost faciəsində ölənlərin xatirəsinə təhqirdir. "Njdeyə abidə qoyulması ilk belə hadisə deyil, bir neçə il öncə də Ermənistan keçmiş Sovet ölkələri arasında antisemitizmin yayıldığı ölkə kimi ilk yeri tutmuşdu. Antisemitizm Ermənistanda hər sahədə var - siyasətdə, mediada. Bu gün antisemitizm onların dövlət siyasətidir”. A. Qut həmçinin, Xocalıda ermənilərin törətdiyi vəhşilikləri xatırladaraq bildirib ki, bu qətliamı edənlər özlərinə Njdeni idol seçən cəlladlardır.
Veriliş iştrakçıları bildirib ki, faşist erməni generalına abidə qoyulması açıq-aşkar faşizmin propoqandasıdır, ermənilərin vətənpərvərlik adı ilə faşizmi təbliğ etməsidir. Həmçinin, qeyd edilib ki, Ermənistan rəhbərliyinin Njdenin abidəsinin açılış mərasimində iştirak etməsi bunu deməyə əsas verir ki, onlar Njde Qareginin varisi olduqlarını bəyan edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol