İsrailin Türkiyədəki səfirliyinə silahlı hücum olub





Ankarada İsrailin Türkiyədəki səfirliyinə silahlı hücum olub. Lent.az-ın sozcu-yə istinadən məlumatına görə, hadisə yerinə çox sayda polis cəlb olunub. Təhlükəsizlik qüvvələri tərəfindən silahlı hücum edən 2 kişidən biri zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələri silahla vurulan kişinin səfirlik əməkdaşı olmadığını, səfirlik işçilərinin təhlükəsiz yerdə sığındığını bildiriblər.