O bildirib ki, hazırda 5 gündür Azərbaycanda olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir: "Bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar uğurla həyata keçirilir".
"İsrailli həkimlər beş gündə 132 qazimizi müayinə ediblər"
09:37 04.03.2021
Arxiv
553
""YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə həkim nümayəndə heyəti gəlib". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, hazırda 5 gündür Azərbaycanda olan israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir: "Bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar uğurla həyata keçirilir".
Onun sözlərinə görə, 8 nəfərlik həkim bir həftəlik Azərbaycana gəliblər: "Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər".
E. Hüseynov ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib: "Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri dəyərləndirilir. Ümumilikdə, 24 qazimiz müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. Onlarla mütəmadi olaraq əlaqə saxlanılır. Artıq bir neçə qazimizin əməliyyatı uğurla həyata keçirilib. Yaxın günlərdə onlar müalicələrini başa vurub ölkəmizə geri qayıdacaqlar".
Fondun rəhbəri bildirib ki, hələlik başqa ölkələrdən həkim dəvəti nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm