İstanbul terrorçusunu tutmaq üçün əməliyyat təşkil olundu

3 saat davam edən əməliyyatda heç bir şübhəli məqama rast gəlinməyib



Türkiyənin İstanbul şəhərində "Reina” əyləncə klubuna silahlı basqın edən terrorçunun tutulması üçün əməliyyat təşkil olunub.
Musavat.com-un məlumatına görə, gizli məlumat alan polislər Zeytinburnu rayonunda bir ünvana basqın həyata keçirib. 3 saat davam edən əməliyyatda heç bir şübhəli məqama rast gəlinməyib. Əməliyyat davam edən vaxt yaxınlıqdan eşidilən səs-küy polisləri həmin səmtə getməyə vadar edib.

Polislər burada yerə yıxılan bir nəfərin bıçaqlandığını müəyyən edib. Əvvəlcə hadisənin təşkil olunan əməliyyatla əlaqəsinin olduğu düşünülsə də, araşdırmalardan sonra yaralı şəxsin hadisə ilə əlaqəsinin olmadığı məlum olub.

Xarici ölkə vətəndaşı olduğu qeyd edilən şəxsin mübahisə etdiyi biri tərəfindən bıçaqlandığı bildirilib. Yaralı hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.