Bu jurnalistlər Trampın təyyarəsinə buraxılmadı

Ağ Ev “Politiko” qəzetinin jurnalistlərinin ABŞ Prezidenti Donald Trampın təyyarəsinə buraxılmasına icazə verməyib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ağ Ev bazar ertəsi “Politiko” nəşrinin jurnalistlərinin prezident təyyarəsinə minməsinə icazə verməyib”, - məlumatda deyilib.

Qeyd edək ki, sentyabrın 18-də Tramp CNN, MS NOW və “Politiko” jurnalistlərinin Ağ Evdə fəaliyyət göstərməsini qadağan etmişdi. Bundan sonra məhkəmə qadağanın ləğv edilməsi barədə qərar çıxarmışdı.