İstanbul terrorçusunun yeni fotoları yayıldı

Terrorçunun hirsinin soyumadığı, yeni bir terror həyata keçirə biləcəyi ehtimalı var
Türkiyənin İstanbul şəhərində, "Reina” əyləncə klubunda terror törədən şəxsin yeni, daha dəqiq çəkilmiş fotoları yayılıb.
Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb. Terrorçunun İstanbulda çəkdiyi selfiləri əldə edən polis həmin fotoları mediaya ötürüb. 39 nəfərin ölümünə səbəb olan terrorçu çəkik gözləri və qabarıq almacıq sümüklü üzü ilə diqqət çəkir.
İstintaqın gizliliyi səbəbindən əlavə məlumat verilmir. Terrorçunun hirsinin soyumadığı, yeni bir terror həyata keçirə biləcəyi ehtimalı var.