İstanbul valisi açıqladı: 5 ölü, 20 yaralı

"Canlı bomba erkən partladı" iddiası irəli sürülüb


İstanbul valisi  Vasif Şahin, baş məmurluq qarşısında canlı bomba hücumunun baş verdiyini ifadə edərək, hadisədə kamikadze ilə  birlikdə 5 adamın həyatını itirdiyini açıqladı. 

Partlayışın  səbəbi ilə bağlı hələ rəsmi bir şərh verilməyib . Ancaq hal şahidləri partlayışı canlı bombaçının gətirib çıxardığını irəli sürdü. Polis qrupları hadisə yerində ilk tapıntıları dəyərləndirir. CNN Türk də hadisənin bir canlı bombaçının  hücumu olduğunu eşitdirdi. Partlayışda bir adamın cəsədinin həddindən artıq tanınmaz hala gəldiyindən onun məhz kamikadze ola biləcəyi  ifadə olunur.

Istanbulun İstiqlal prospektində baş vermiş partlayışda canlı bombanın erkən partladığı iddia edilir. Terrorçunun  əsl hədəfinin hara olduğu araşdırılır. Canlı bombanın yolda gedərkən partladığı iddiası var.
CNNTürk müxbirinin verdiyi ilk məlumatlara görə, kamikadze əsl hədəfinə çata bilməyərək  yolda gedərkən bomba partlayıb.