İstanbulda silahlı dava: 2 ölü var





İstanbulun Sultanqazi səmtində oyun salonunda hələ məlum  olmayan səbəbə görə silahlı insidentdə  iki nəfər  həyatını itirdi.
Hadisə, Qazi Məhəlləsi İsmetpaşa prospektində yerləşən  oyun salonunda axşam saatlarında baş verib. İddiaya görə, oyun salonunda müştərilər varkən iki ayrı qrup arasında  mübahisə başlayıb. Sonra mübahisə  davaya çevrilib. Şəxsiyyəti məlum olmayan bir nəfər  salonda olan Əngin Sidal (41) və Murad Boldaza (29) tapancayla atəş açıb. İnsidenti törədənlər  hadisə yerindən  qaçıb.  Sidal və Boldaz hadisə yerində həyatını itirib. Hadisə yerinə gələn polislər oyun salonunda geniş təhlükəsizlik tədbirləri  görüblər.  Polis hadisə ilə əlaqədar geniş diametrli istintaqa başlayıb.