
İstanbuldakı terrora görə tutulan azərbaycanlı nə tələb edib? - PROTOKOL
20:16 04.07.2016
Arxiv
618
İstanbulun Atatürk aeroportundakı terror aksiyası törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı barəsində iyulun 3-də həbs qətimkan tədbiri seçilib.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, iyunun 29-da axşam saatlarında İstanbulun Atatürk aerportunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs edilib.
Məhkəmədə E. Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu vəkil müdafiə edib.
E. Bünyadova qarşı Türk Cəza Qanununun "Silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb, o, cəza evinə göndərilib.
APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E. Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini açıqlayıb.

"Müdafiəçisi olduğum şəxsə aid edilən suçlamaları qəbul etmirik. Özü Türkiyədə yaşamaqdadır. Sabit yaşayış ünvanı var. Bu cəhətləri nəzərə alaraq, müdafiə etdiyim şəxs həbs edilmədən istintaqın aparılmasını, bu olmazsa, ədliyyə nəzarəti tətbiq edilərək istintaqın aparılmasını tələb edirəm”, - deyə vəkil bildirib.
Lakin məhkəmə vəkilin bu tələbini nəzərə almayaraq, E. Bünyadovun həbsinə qərar verib.
E. Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə də qərar qəbul edib.
Qeyd edək ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub. Onlardan 4-ü, o cümlədən E. Bünyadov xarici vətəndaşdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol