İstedadlı uşaqlar üçün xüsusi siniflər: fərq nədədir?
13:50 29.09.2019
Arxiv
565
Hazırda Bakı şəhəri və bölgələrdə istedadlı uşaqlar üçün xüsusi siniflər yaradılır. Həmin siniflərdə yüzlərlə şagird təhsil alır.
İstedadlı uşaqlar üçün yaradılan bu siniflər həmin şagirdrlərə nə verir? Həmin məktəblərdə tədris fərqli şəkildə təşkil olunmalıdırmı?
Təhsil eksperti Etibar Əliyev Lent.az -a bildirib ki, bütün dünyada istedadlı uşaqların stimullaşdırılması üçün xüsusi proqramlar həyata keçirilir və onlardan biri də belə siniflərin yaradılmasıdır: “Xüsusi siniflərin yaradılmasında əsas məqsəd bütün istedadlı uşaqlar üçün yeni tədris proqramları, yeni dərsliklər hazırlanması, onlara fənlərin mənimsədilməsi ilə yanaşı, müəyyən istiqamətdə tədqiqatlara da cəlb edilməsidir. Bizdə siniflər yaradılsa da, bu cür proqramların tərtibatı, eyni zamanda müəllimlərin hazırlanması problem olaraq qalır. Azərbaycanda bir neçə xüsusi məktəbdə, xüsusilə informatika və riyaziyyat, kimya təmayüllü liseydə olimpiada mərkəzləri yaradılıb. Amma təəssüflər olsun ki, müəllim və dərslik təminatı çox aşağı səviyyədədir. Xüsusi proqram əsasında hazırlıqlı müəllimlərin, xaricdə istedadlı uşaqlar üçün tətbiq olunan proqramların hazırlanması vacibdir. Qeyd etdiyim çatışmazlıqlar olarsa, sinflərin ənənəvi siniflərdən heç bir fərqi olmayacaq”.
E.Əliyev bildirib ki, xüsusi istedadlı uşaqların yetişdirilməsi olimpiadalar üçün nəzərdə tutulur. Çünki onların istedadlarını büruzə vermələri üçün şərait yaradılması əhəmiyyətlidir: “Həmin siniflərdə olimpiadaya getmək istəyənlər hazırlanırlar. Siniflər üçün ayrı-ayrı fənlərdən xüsusi proqram hazırlanıb cəmiyyətə təqdim olunmayıb. Əgər proqramlar varsa, ictimai müzakirəyə verilməlidir ki, mütəxəssislər buna rəylərini bildirsinlər. Xüsusi istedadlı uşaqların proqramlarının adi sinifdən fərqi ondan ibarətdir ki, fənlərin mürəkkəbliyi artırılır, çətinlik dərəcəsi fərqli olur”.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.
Təhsil nazirliyinin açıqlamasına görə, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialınıninkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.
Xatırladaq ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol