İstirahət edərkən tanker üzərindən keçdi

Oğlu atasının cəsədinə sarılmaq istədi




Muğlanın Seydikemer qəsəbəsində istirahət etmək üçün sulama tankerinin altına girən işçi 51 yaşlı İsmayıl Çəngəl, onu fərq etməyən tanker sürücüsü 55 yaşlı İsmayıl Kocatepenin maşını hərəkətə gətirməsi nəticəsində faciəvi şəkildə həyatını itirdi.

Digər işçinin qışqırıqlarından sonra sürücü tankeri dayandırıb, geri gəldi. Tankerin sağ arxa təkəri başını əzən İsmayıl Çəngəl, hadisə yerində həyatını itirdi. Qəzanı xəbər alıb motosikletiylə hadisə yerinə gələn İsmayıl Çəngəlin oğulu Öndər Çəngəl, sinir böhranı keçirdi. Atasının cəsədinə sarılmaq istəyən Çəngəli polislər çətinliklə uzaqlaşdırdı. Cəsədin tankerin altından çıxarılması zamanı quru yolu 15 dəqiqə boyunca tək istiqamətli olaraq bağlanıldı. Cənazə maşınına qoyulan evli və 2 uşaq atası İsmayıl Çəngəlin cənazəsi Fəthiyə Dövlət xəstəxanası meyitxanasına aparıldı.