İtaliyanı məğlub etdik: Voleybol yığma komandamız 1/8 finala vəsiqə qazanıb





Qadınlardan ibarət voleybol yığma komandamız yer aldğı A qrupu üzrə növbəti oyununu İtaliya yığmasına qarşı  keçirib. Komandamız 25:22, 25:20, hesabı ilə iki seti öz xeyrinə başa vursa da, sicilya adasının təmsilçiləri sonradan 25:22 hesabı ilə üçüncü setin qalibi olub. Lakin komandamız dördüncü setdə matçın taleyinə aydınlıq gətiriblər. Yığmamız oyunun beşinci setə qədər davam etməsinə imkan verməyib. Dörüdüncü setdə millimiz 25:22 xal sayı ilə üstün olub. Bununla da voleybolçularımız oyunu qalibi kimi bitirib.
Qeyd edək ki, voleybolçularımız A qrupunda liderliyini qoruyaraq 3 oyundan qalib kimi tələb olunan maksimum 9 xal toplayaraq qrpudan çıxmağı bacarıblar. Türkiyə yığması ilə oyunun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqəni artıq təmin ediblər.

Vüqar