İtkin düşən gənc qızın cəsədi kanaldan tapıldı

Türkiyənin Muğla bölgəsində keçən bazar günündən bu yana itkin düşərək axtarılan 18 yaşlı Cansu Kayanın cəsədi, su kanalından tapıldı. Üzərində yalnız alt paltarı olan Kayanın cəsədinin yarılmasına qərar verildi.
Cansu Kaya, keçən bazar günü, ofsiant olaraq çalışdığı restorandan işdən ayrıldıqdan sonra itkin düşüb. Ailəsi, evinə dönməyən qızına telefon açıblar, lakin cavab ala bilməyiblər. Bundan sonra jandarmaya müraciət ediblər. İtkin xəbəri kimi işə başlayan jandarma, keçən zamana baxmayaraq nəticə ala bilməyib. Axtarışlara Kayanın yaxınları da qatılıb. Cansunun cəsədini, axtarışlara qatılan bacısı Bürcü Kaya su kənarından tapıb. Üzərində yalnız alt paltarı olan Kayanın cəsədi, jandarma qrupların tərəfindən sahilə çıxarılıb. Halı pisləşən bacısı Bürcü Kaya sağlamlığı mərkəzinə aparılıb. Araşdırmanın ardından Cansu Kayanın cəsədi yarılmaq üçün Muğla Tibb Mərkəzinə göndərilib. Gənc qızın yaxınları böhran keçirib, gözyaşlarına boğulub. Polis, hadisə ilə əlaqədar istintaqa başlayıb.