İtkin gənc qızdan acı xəbər

İşdən çıxarıldı, qüruruna sığışdıra bilməyib, intihar etdi




Balıkesirdə gözəllik salonunda çalışan Nakiye Sözer, 5 gün əvvəl yaşadığı problemin ardından işdən çıxarıldı.
İddiaya görə, işdən çıxarılmasını qüruruna sığışdıra bilməyən Sözer, nişanlısı və ailəsini axtararaq ‘İnsanların üzünə necə baxacağam” dedikdən sonra ortadan itdi. Nişanlısı və ailəsiylə danışdıqdan sonra telefonunu bağlayan və tapıla bilməyən gənc qızın cəsədi, dünən axşam şəhərə içməli suyu təmin edən Səlimiyə anbarında bir çoban tərəfindən tapıldı. Çobanın xəbərindən sonra bölgəyə gedən Jandarma qrupları, Sözerin cəsədini sudan çıxardı. Balıkesir Respublika Prokurorunun təlimatı ilə hadisələ əlaqədar olduğu qiymətləndirilən və nəzarətə alınan şübhəli O. B. ifadəsinin alınmasının ardından sərbəst buraxıldı. Sözerin şəhər mərkəzindən bir taksiyə minərək Səlimiyə anbarına getdiyini təyin edən jandarma qrupları gənc qızın intihar etmiş ola biləcəyi üzərində dayanır.