İyunun 11-də keçirilmiş buraxılış imtahanında "2" alanların sayı açıqlandı






Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də keçirilən buraxılış imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən "2”, 50.50 faizi "3”, 31.87 faizi Riyaziyyatdan "2”, 39.45 faizi "3” alıb. Şagirdlərin 15.74 faizi Ana dilindən, 16.93 faizi Riyaziyyatdan "4”, 6.92 faizi Ana dilindən, 11.74 faizi Riyaziyyatdan "5”alıb.