Orxan Camalın Mərkəzi Afrikaya getməsinin səbəbi də çox maraqlıdır. O, Rusiyanın silahlı muzdlularının hansısa silahlı qruplaşma ilə əlbir olub, qarşı tərəfə savaş açması barədə məlumatları araşdırmağa yollandı.
Jurnalist Orxan Camalın qətlinə dair qaranlıq MƏQAMLAR - Araşdırma üzə çıxsa idi, dəhşətli...
08:57 07.08.2018
Arxiv
1148
"Rusiya rəhbərliyi jurnalist Orxan Camalın və atası, mərhum Heydər Camalın fikirlərindən narahat olurdu”.
Bunu "Sherg.az”a Mərkəzi Afrikada həlak olan azərbaycanlı jurnalist Orxan Camalın dəfn edilməsi ilə bağlı yaranan problemin səbəblərini izah edərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib.
O diqqətə çatdırıb ki, hər iki şəxs Dağlıq Qarabağ münaqişəsi və digər problemlərlə bağlı fikirlərini ifadə edir, Rusiya Federasiyasının haqlı olmadığı məqamları vurğulayırdılar:
"Həm Orxan Camal, həm də Heydər Camal Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı olduğu məqamları diqqətə çatdırırdılar. Bu isə Rusiyanın mənafeyinə uyğun deyildi.
Orxan Camalın Mərkəzi Afrikaya getməsinin səbəbi də çox maraqlıdır. O, Rusiyanın silahlı muzdlularının hansısa silahlı qruplaşma ilə əlbir olub, qarşı tərəfə savaş açması barədə məlumatları araşdırmağa yollandı. Onun və bir neçə jurnalistin qətlə yetirilməsi ilə bağlı mübahisəli məqamlar buna görə baş qaldırdı. İndi isə Orxan Camalın dəfn edilməsində yaranan anlaşılmazlıq Rusiyanın jurnalistə neqativ münasibətini daha da önə çəkdi.
Düşünürəm ki, jurnalistin dəfn edilməsi ilə bağlı məsələ bu günlərdə həll olunacaq. Çünki artıq Orxan Camal dünyasını dəyişib, bu prosesi uzatmaq olmaz. Amma Rusiya hakimiyyəti bu məsələni ört-basdır etmək istəyir. Ona görə ki, jurnalistlərin araşdırması üzə çıxsa idi, dəhşətli faktlar məlum ola bilərdi. Buna görə, qətl baş verdi və xeyli qaranlıq məqamlar qaldı”.
Qeyd edək ki, Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirildiyi deyilib. Mərhumun dostu və həmkarı Maksim Şevçenko bildirib ki, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə