Jurnalist xanım parlament seckilərinə qatılacaq






"Şərq" qəzetinin əməkdaşı və Space-in aparıcısı Tahirə Məmmədqızı bu il keçiriləcək parlament seckilərinə qatılmaq niyyətindədir. Jurnalist xanım yarışa doğulduğu rayondan - Astaradan qatılmaq istəyir. T.Məmmədqızı deyib ki, hazırda imkanlarını götür-qoy edir. Milli Məclisdə xanım deputatların  sayının cox olmasını arzulayan Tahirə,  dostlarının, yaxınlarının köməyindən yararlanıb mandat mübarizəsi aparacaq.