""Jurnalistika”nı alternativ kimi ehtiyatda tutan abituriyentlər də var. Tək bu ixtisası deyil, digər bir neçə ixtisası da nəzərdə saxlayıb, birini seçirlər. Bu, normaldır.
“ “Jurnalistika”nı seçənlər arasında 600-dən yüksək bal toplayanlar da var" - Maraq artır
13:17 08.08.2018
Arxiv
791
"Öz istiqamətlərini qətiyyətlə müəyyənləşdirən şəxslər Jurnalistika üzrə qəbul imtahanlarında iştirak ediblər”.
Bunu "Sherg.az”a "Jurnalistika”ya qəbul imtahanlarında iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfərin imtahana gəlməməsinin səbəblərini izah edərkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, qabiliyyət imtahanlarında iştirak etməyən, son anda fikrini dəyişən abituriyentlər alternativ ixtisaslara müraciət ediblər:
""Jurnalistika”nı alternativ kimi ehtiyatda tutan abituriyentlər də var. Tək bu ixtisası deyil, digər bir neçə ixtisası da nəzərdə saxlayıb, birini seçirlər. Bu, normaldır.Son illərdə "Jurnalistika”ya marağın azaldığını deyə bilmərəm. Əslində bu qədər abituriyentin müraciət etməsi, jurnalist olmaq istəməsi də müsbət qiymətləndirilməlidir. Mən deyərdim ki, son vaxtlar Jurnalistikaya müraciət edənlərin sayı artır. Üstəlik, bu ixtisası seçənlər arasında 600-dən yüksək bal toplayanlar da var. Bütün bu rəqəmlər müsbət tendensiyadan xəbər verir”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
Bildirilib ki, imtahanda iştirak etmək hüququ qazanmış 446 abituriyentdən 104 nəfəri imtahana gəlməyib. İştirak edən 342 abituriyentdən 287 nəfəri isə "məqbul” qiymət alıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm