Kabildə partlayışda ölənlərin sayı 31 nəfərə çatıb - YENİLƏNİB-2





Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.


Partlayış nəticəsində 50 nəfərdən çox insan yaralanıb.


***


saat 12.11


Bu gün Kabildə baş verən partlayış zamanı ölənlərin sayı 9 nəfərə çatıb.


APA-nın məlumatına görə, bu barədə "TOLOnews" Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.


Partlayış nəticəsində 56 nəfər də yaralanıb.


Əfqanıstan DİN partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlayıb. Hələ partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


***


saat 11.08


Bu gün Əfqanıstanın paytaxtı Kabildə seçicilərin qeydiyyat mərkəzinin qarşısında partlayış olub.


APA-nın "Pajvak" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.


İlkin məlumata görə, terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Hələlik partlayışa görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.