Karate yığmamız qızıl medallarının sayına görə birincidir





"Bakı 2015” İlk Avropa Oyunları çəçivəsində 13-14 tarixlərində karate üzrə yarışlara yekun vurulub. 84 kq çəkidə Ayxan Mamayevin qızıl medal qazanması ilə karate yığmamızın qızıl medallarının sayı 4-ə çataraq ümumilikdə isə 6 oldu. Komandamız bu hesabla karate yığmaları arasında medal sayına görə siyahıda birinci olub. Növbəti ikinci və üçüncü yerləri isə 3 qızıl, 2 gümüş və 4 bürünclə Türkiyə, 2 qızıl, 2 gümüş, 1 bürünc medallarla Fransa komandaları bölüşdürüb.

Vüqar Şahinoğlu