Avropa Birliyi separatçılığa qarşı qətnamə qəbul etməyə hazırlaşır
Kataloniya olayları erməniləri əndişəyə salıb
08:44 02.11.2017
Arxiv
730
“Avropalı siyasətçilər papaqlarını qabaqlarına qoyub fikirləşsələr, separatizm meyillərinə qarşı ciddi mübarizə apara bilərlər”
Avropa Birliyi separatçılığa qarşı qətnamə qəbul etməyə hazırlaşır
Avropa Birliyi separatçılığa qarşı qətnamə qəbul etməyə hazırlaşır
Noyabrın 24-də Brüsseldə Avropa Birliyinin "Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin də iştirakı gözlənilir. Məlumdur ki, AB ilə Ermənistan arasında çərçivə sazişi iddia edildiyi kimi sammit çərçivəsində yox, bir qədər sonra imzalanacaq. Azərbaycanla analoji anlaşma sənədinin müzakirəsi isə ilin sonunadək bitməlidir. Məsələ ondadır ki, rəsmi İrəvan ikitərəfli sənədə ölkələrin ərazi bütövlüyü prinsipi ilə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinin də salınmasına çalışır. Lakin Brüssel sammitinin yekun bəyannaməsində ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının əks olunması gözlənilir.
Xüsusən, Kataloniya hadisəsindən sonra AB üçün bu prinsip indi daha mühüm hesab olunur. Əks halda, üzv ölkələrdə separatçılıq zəncirvari reaksiya kimi güclənə və hətta təşkilatı dağıda bilər. Ermənistanı ən çox narahat edən məqam da məhz Avropada antiseparatçı ovqatın güclənməsi və bu durumun Azərbaycanın xeyrinə Qarabağ məsələsinə də yansımasıdır. Əslində, İrəvanın təlaşı boşuna deyil. Dağlıq Qarabağdakı qondarma rejimin cinayətkar təmsilçiləri Brüssel sammiti ərəfəsində qabaqdan gəlmişik edərək, Kataloniyanın müstəqilliyini müdafiə edən açıqlamalar veriblər. Onların bəziləri hətta Kataloniyaya gedərək, separatçı həmkarlarına həmrəylik nümayiş etdiriblər. Lakin görünən odur ki, Kataloniya məsələsi işğalçı ölkə əleyhinə işləməyə başlayıb. Çünki Avropa Birliyi separatçılığa qarşı qətnamə qəbul etməyə hazırlaşır. Bu, Azərbaycanın maraqlarına tamamilə uyğundur.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, erməni separatizmi baş qaldıranda, dünya birliyi, xüsusilə Moskva prosesin qarşısını almadılar, əksinə, prosesin ilham vericisi oldular. Deputatın sözlərinə görə, bu cür mövqe SSRİ-nin dağılmasına gətirib çıxartdı:
"Rusiya dövləti əvvəlki prosesdən nəticə çıxarmalı idi, lakin gözlənildiyinin əksinə, Kreml separatçıları dəstəklədi. Avropa dövlətləri qitədə baş verən arzuolunmaz olaylardan çox nigarandır. Əgər Qərbi təmsil edən beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı erməni separatizminin qarşısını vaxtında alsaydılar, bölücülük meyilləri bu səviyyəyə çatmazdı. Hələlik, proses Kataloniyadan başlayıb. Lakin separatçılıqla bağlı Avropada yaxın dövrdə elə böyük təhlükələr olacaq ki, Kataloniya onların yanında "muştuluq” kimi qalacaq”.
Millət vəkili bildirib ki, avropalı siyasətçilər papaqlarını qabaqlarına qoyub fikirləşsələr, separatizm meyillərinə qarşı ciddi mübarizə apara bilərlər:
"Bununla da ermənilərin istəyi gözlərində qalar. Beynəlxalq hüququn bütün maddələrində, BMT-nin nizamnaməsində əsas yer tutan prinsip ölkələrin ərazi bütövlüyüdür. Müqəddəratı həll etmək sonrakı prosesdir. Əgər Avropa Birliyi riyakar olmasa, ikili standartlarla yanaşmasa, ermənilərə konkret olaraq deyər ki, "tarixdə bir dəfə Azərbaycan torpaqlarında öz müqəddəratınızı həll etmisiniz, dövlət yaratmısınız. Bunun ikincisi yoxdur”. Bilirsiz, 50-60 min tör-töküntü dığaya görə, dövlət yaratmaq olmaz. Kataloniyanın 7 milyon əhalisi var, ona görə bütün Avropanı ayağa qaldırıblar. İnanmıram ki, Avropa Birliyi səhv addım ataraq özünə problem yaratsın. Ermənilər məhz buna görə çox ciddi narahatdırlar və fikrimcə, narahatlıqlarının layiqli cavabını alacaqlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual