Kəbin kəsilməsinin ən bariz nümunəsi erkən nikahlardır
20:48 11.05.2016
Arxiv
874
“Rəsmi nikah olmadan kəbinə qoyulmuş qadağaya riayət edilsəydi, məhkəmələrə uşağın atasının müəyyənləşməsi, qeydiyyat, aliment ilə bağlı çoxsaylı şikayətlər daxil olmazdı”
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, "Heydər” Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli dini kəbin kəsdirənlərdən rəsmi nikah sənədinin tələb olunduğunu deyib. Trend-ə açıqlamasında S.Həsənli qeyd edib ki, bütün məscidlərdə kəbin kəsdirən şəxslərdən VVAQ şöbələrinin rəsmi nikah sənədi tələb edilir: "Sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir. VVAQ sənədi olmadan dini kəbin kəsdirmək mümkün deyil. Dini kəbin kəsdirənlər mütləq rəsmi nikah sənədi təqdim etməlidirlər. Bu barədə QMİ-nin rəsmi göstərişi olub”. S.Həsənli qeyd edib ki, "Heydər” məscidində nəinki kəbin kəsilərkən, ümumiyyətlə bütün müraciətlər qeydiyyatdan keçirilir.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə S.Həsənlinin bu açıqlamasının önünə sualla çıxdı: "Bəs "qanunsuz” doğulan uşaqlar hardandı?” M.Zeynalova qeyd etdi ki, Qafqaz Müsəlmanları İdarəsi rəsmiləri hər zaman bu mövqedən çıxış edir, lakin reallıq tamam başqa mənzərə yaradır:
- Həmişə deyilib ki, kəbin kəsilərkən nikah şəhadətnaməsi tələb olunur. Neçə ildir bunu deyirlər, amma reallığa baxanda, fərqli situasiya görünür. Rəsmi statistik rəqəmlər son 3 ildə 27 min körpənin sənədsiz olduğunu göstərir. Bu körpələr faktiki qanunsuz doğulmuş uşaqlar hesab edilir. Körpəyə ona görə sənəd verilə bilmir ki, ana rəsmi nikah şəhadətnaməsi təqdim edə bilmir. Bəzən ananın əlində yalnız kəbin kağızı olur. Bu sənədsə rəsmi hesab edilmədiyindən uşağa yaş kağızı verilmir. Ona görə də fikrimcə, QMİ-nin "nikah sənədi olmadan kəbin kəsilmir” iddiası həqiqəti əks etdirmir. Düzdür, bir qədər məhdudiyyətlər qoyulub. Bir az çəkingənlik var. Amma ümumiyyətlə, qadağalara saymazlıq daha çoxdur. Xüsusən də bölgələrdə. Belə olmasaydı, erkən nikahların sayı artmazdı. Nikah kağızı olmadan kəbin kəsilməsinin ən birinci sübutu erkən nikahlardır. Nikah yaşına çatmamış qızları məhz kəbinlə evləndirirlər. Rəsmi nikah olmadan kəbinə qoyulmuş qadağaya riayət edilsəydi, məhkəmələrə uşağın atasının müəyyənləşməsi, qeydiyyat, aliment, əmlak məsələləri ilə bağlı çoxsaylı şikayətlər daxil olmazdı. Amma bunlar hamısı var. Bizim təşkilata nə qədər qadınlar müraciət edir ki, ata uşağa soyadını vermir deyə, yaş kağızı ala bilmirik. Belədə uşağın şəxsiyyəti müəyyənləşməmiş qalır, uşaq nə bağçaya gedə bilir, nə də məktəbə. Tənha ana aliment də ala bilmir. Bəzən qadını evdən çölə atırlar, əmlak üzərində hüquqlarını təsbit edə bilmir. Yəni problemlər nə qədər desəndi. Şəxsən bizim təşkilata hüquqi yardım üçün müraciət edən qadınlar var ki, məhz kəbin kağızı təqdim edirlər. Nikah şəhadətnaməsi təqdim edilməmiş onların kəbinini kim kəsib? Problemi dərinləşdirən həm də bu amildir ki, qanunsuz olaraq kəbin kəsən din xadimləri məsuliyyətdən kənarda qalır. Axund, molla kəbini kəsir, bununla da işini bitirir. Sonrası necə olacaq, bu insanlar dini kəbin qaydalarına əməl edəcəkmi, daha bununla maraqlanan, məsuliyyəti üzərinə götürən yoxdur. İslam dininin qaydalarına görə, kəbin kəsilərkən qadına mehr verilməlidir. Hansısa məbləğdə qızıl, qiymətli əşya və s. Kəbinin də öz qayda-qanunları var, bildiyim qədər. Gəlin görək, boşanma olduqda dini kəbinlə evlənmiş kişi kəbin pozulması qaydalarına əməl edirmi? Bu insanın kəbinini kəsmiş axund onun qarşısına tələblərə riayət olunması şərtini qoyurmu? Kəbinlə evlənirlərsə, birincisi, kəbin qaydalarına uyğun evlənsinlər, boşananda, ayrılanda da yenə kəbin qaydalarına əməl etsinlər. Din xadimləri bunu təmin edə bilirmi? Reallıq göstərir ki, yox. Dini kəbinlə evlənmiş qadın kişi tərəfindən faktiki küçəyə atılır. Uşaq da atasız hesab edilir. Bayaq dediyim statistika - 27 min qanunsuz uşağın doğulması böyük ehtimalla Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyinin təqdim etdiyi rəqəmlər əsasında ortaya çıxıb. Faktiki bu qədər uşağın heç bir sənədi yoxdur. Və bu uşaqların əksəriyyəti dini kəbinlə evlənmiş cütlüklərin körpələridir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media