Keçmiş prezident vətənə xəyanətdə təqsirli bilindi





Kiyev şəhər məhkəməsi sabiq Ukrayna prezidenti Viktor Yanukoviçi vətənə xəyanət maddəsi ilə təqsirli bilib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, məhkəmə istintaqın təqdim etdiyi sübutları inandırıcı adlandırıb.

"Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərdə rolu tam sübut olunub”-deyə məhkəmə hökumdə deyilir.

Xatırladaq ki, Viktor Yanukoviç 2014-cü ilin fevralında xalq etirazları fonunda postunu tərk edərək Rusiyaya qaçmışdı.