Kəndlilər qorxu içindədir: Yarı insan, yarı qoyun doğuldu





Kəndlilər yarı insan, yarı qoyun formasında doğulan qoyunun şeytan tərəfindən göndərildiyinə inanır. Bu varlıq görənləri şok edir.

Cənub Afrikada təxminən 4 min adamın yaşadığı kənddə bir qoyundan ölü olaraq dünyaya gələn varlıq o qədər böyük bir çaxnaşmaya gətirib çıxardı ki, şəkili yayılınca bölgəyə araşdırmalar üçün mütəxəssislər göndərildi. Baytar Xidmətləri Başçısı Dr. Lubabalo Mrwebi ilk baxışda qoyunun insana bənzədiyini, ancaq insan olmadığını söylədi. Vəziyyətin yalnız bir viral infeksiyadan ibarət olduğunu əlavə edən Dr. Mrwebi, varlığın anası hamiləliyinin başlarında rift vadisi atəşinə tutulduğu üçün varlığın deforme olduğunu açıqlayıb. Həkimin şərhlərinə baxmayaraq kəndlilərin içi hələ rahat deyil. Böyük bir dəhşətə qapılan yerli xalq, qoyunu yandırılmadan rahatlamayacaqlarını söyləyir.