“Qapımı açıb elə sərt cavab verərəm ki, xəcalət çəkərsiz. Mənim xəcalət çəkəcək, kimdənsə utanacaq qaranlığım yoxdu”
“Kiminsə yanında dilim qısa deyil”
10:37 09.08.2018
Arxiv
1253
Elnarə Abdullayeva: “Məni şou-biznes meymunları ilə səhv salmayın”
“Qapımı açıb elə sərt cavab verərəm ki, xəcalət çəkərsiz. Mənim xəcalət çəkəcək, kimdənsə utanacaq qaranlığım yoxdu”
“Qapımı açıb elə sərt cavab verərəm ki, xəcalət çəkərsiz. Mənim xəcalət çəkəcək, kimdənsə utanacaq qaranlığım yoxdu”
Azərbaycanın əməkdar artisti Elnarə Abdullayeva hər zaman cəsarətli açıqlamaları, sərt çıxışları ilə diqqət çəkib. Şou-biznes nümayəndələrini çox məqamlarda qınayan sənətkar, onlara mesajlar da göndərib ki, çox ulduzluq edib, özlərini göydə sanmasınlar, onlar bu xalqı ucuz görməsinlər. Təbii ki, xanəndənin belə açıqlamaları bəzi şou əhlini narahat da edib.
Özləri ilə cangüdən gəzdirən müğənnilərdən tutmuş, telefona cavab verməyən, prodüserləri vasitəsilə danışıq aparan oxuyanlara qədər hər kəs bu mesajdan az qala pay götürüb. Bu günlərdə isə Tolikin verilişində jurnalistlərdən biri Elnarə xanımın adını hallandıraraq onun da telefonuna bəzən cavab vermədiyini eyham vurub.
Elnarə Abdullayeva bu eyhamdan qəzəblənib. Bu barədə Tolikə də danışdığını, həmin jurnalistin barəsində bu kimi fikir söyləməsinin tamamilə əsassız olduğunu bildirib: "Bəzi xəbər saytları bunu şoulaşdırıb şişirdərək özlərinə reytinq toplayırlar. Mənim o jurnalistə bir sözüm var, məni kiminləsə səhv salmasın. Mən şou əhli deyiləm.
Ümumiyyətlə, üzümü burdan tutub deyirəm, ağlınızı başınıza toplayın. Məni şou-biznes meymunları ilə səhv salmayın. Kiminsə yanında dilim qısa deyil, yerimi biləcək, sözümü deyəcək açıq alnım var. Qaldı telefon məsələsinə, mən bəziləri kimi nə prodüser filanla işləyirəm, nə də yanımda cangüdənim, filanım var. Şükür Allaha, telefonlarıma da özüm cavab verirəm.
Mənim əlim, ayağım var, şikəst deyiləm ki, kimsə yerimə telefonuma cavab versin. Bəli, insanlıq halıdır, ola bilər gün ərzində, həftədə bir dəfə əlimdə işim olar, ya başqa bir səbəbdən telefonuma bacım, balam, yoldaşım cavab verər. Dünya bununla dağılmır ki? Əgər həmin dəqiqə telefona bir dəqiqə gec cavab vermişəmsə, bu o demək deyil ki, mən telefonlarıma özüm cavab vermək istəmirəm. Şükür, heç kimdən də çəkinmirəm ki, telefon zənglərindən qaçım. Bir televiziya adamı, jurnalist deyə bilməz ki, Elnarənin prodüseri ilə danışdım. Çünki buna ehtiyacım yoxdu.
Mən işimi özüm görürəm. Ona görə bir daha deyirəm, özü də sərt şəkildə qeyd edirəm, ağıllı olun! Başınızı salıb işinizi görün, mənim adımla şou yaratmayın. Məni kiminləsə səhv salmayın. Mənim ifamdan, sənətimdən, konsertimdən danışa bilərsiz.
Ancaq verilişlərdə, yazılarda reytinq xatirinə şou yaratmaq niyyətiniz varsa, ünvanı səhv salmayın. Mənim qapımı səhv döyə bilməzsiz. Sizə lazım olan qapını tanıyın. Qapımı açıb elə sərt cavab verərəm ki, xəcalət çəkərsiz. Mənim xəcalət çəkəcək, kimdənsə utanacaq qaranlığım yoxdu. Siz yaxşısı budur qaranlıq yaşamınıza yaxın şou əhli ilə meymunluq edib, biri-birinizə efirdən atmaca atın. Hər yerindən duran məni müzakirə edə bilməz. Bu haqqı kimsəyə verməmişəm. Başınız çatmayan yerə dil uzatmayın. Yoxsa adamın dilini kəsərlər”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual