Kiyevdə azərbaycanlıların döyülməsinin təfərrüatı məlum olub
15:52 01.06.2021
Arxiv
534
Mayın 29-də Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların hücuma məruz qalmasının təfərrüatı məlum olub.
“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə zamanı ümumilikdə 5 azərbaycanlı döyülüb.
Bunlar Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarov olub.
Bildirilib ki, onlara xəsarət yetirən Kiyev vilayət polisinin mülki geyimli əməkdaşları olub. Hadisəyə səbəb bir neçə maddə üzrə təqsirli bilinərək saxlanılmış, 1973-cü il təvəllüdlü azərbaycanlı Əfsər Məmmədovun mayın 28-də İrpen Şəhər Məhkəməsindən iclas fasiləsi zamanı qaçması olub. Belə ki, Əfsər sözgedən Məmmədov qardaşlarının əmisi olub və qaçdıqdan sonra onlarla əlaqə saxlayıb. Mülki geyimli polis əməkdaşları Ə.Məmmədovun qaçdıqdan sonra qohumları ilə əlaqə yaratdığı və onların işlədiyi yerə gəldiyi barədə məlumata malik olduqlarını bildiriblər. Daha sonra onlardan Əfsərin yerini tələb ediblər. Qohumları inkar etdikdə isə polislər onlara güc tətbiq edərək xəsarət yetiriblər.
Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyəti nəzarətə götürüb və hadisə ilə bağlı ölçü götürülməsi üçün Respublika Baş Prokurorluğuna müraciət edib.
Ukraynada Azərbaycan diasporunun hüquqşünası isə xəstəxanada xəsarət alan azərbaycanlılarla görüşərək onların müraciətini yazılı şəkildə alaraq Ukrayna Dövlət İstintaq Bürosuna təqdim edib. Azərbaycan DİN-in Ukrayna səfirliyindəmki nümayəndəsi, diaspor rəhbəri xəstəxanada zərərçəkən azərbaycanlılara baş çəkiblər. Hadisə nəzarətdə saxlanılır.
Qeyd edək ki, Ə.Məmmədov ötən gün saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual