KOBİA rəsmisi yeni turizm lahiyələrindən DANIŞDI
08:55 01.07.2021
Arxiv
364
“KOBİA “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) layihəsinin əsas tərəfdaşı kimi bundan sonra da layihəyə dəstəyini əsirgəməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, layihənin məqsəd və hədəfləri ölkənin turizm siyasəti və strategiyası ilə uzlaşır, həmçinin proqramın real və ölçüləbilən nəticələr verməsi gözlənilir:
“Daha çox diqqətimizi cəlb edən məsələ layihə üzrə regionlarda turizm startapları və KOB subyektləri ilə məşğulluğu təşviq etmək durur. Turizm sahəsində sahibkarlığı təşviq etmək fəaliyyətimiz üçün çox vacibdir. Xüsusilə də ölkənin turizm potensialının araşdırılması, bunu KOB subyektlərinin iştirakı ilə təmin etmək bu layihədə fəaliyyətimizin əsasını təşkil edəcək”.
KOBİA rəsmisi xatırladıb ki, İsmayıllı rayonunda turizm sahəsində kənd qonaq evlərinin təqdimatı keçirilib və bənzər layihəni digər turizm bölgələrində də keçirmək niyyətindədirlər. Artıq növbəti mərhələdə Şəki rayonunda bənzər layihəni icra edilə biləcək.
Orxan Məmmədov qeyd edib ki, Turizm Agentliyi ilə birgə Bakıətrafı tarixi qəsəbələrin, o cümlədən Balaxanı qəsəbəsinin turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi, yeni turizm obyektlərinin yaradılması istiqamətində birgə fəaliyyətimiz mövcuddur.
O əlavə edib ki, oxşar layihələr Bibiheybət və Pirşağı qəsəbələrində də mümkün olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə
Sabaha yağışlı hava gözlənilir
13:10 06.06.2026
Ekologiya
Tramp Boltonu “müharibə tərəfdarı” adlandırıb
12:51 06.06.2026
Dünya
Livanın briqada generalı öldürüldü
12:44 06.06.2026
Gündəm
Yer kürəsində G2 səviyyəli maqnit qasırğası başa çatıb
12:30 06.06.2026
Ekologiya