“Sabiq prezidentlər Paşinyana qarşı bir cəbhədə birləşəcəklər”
Koçaryan partiya yaradır
07:28 19.10.2018
Arxiv
395
Bu, Ermənistanda vətəndaş müharibəsinə səbəb ola bilər
“Sabiq prezidentlər Paşinyana qarşı bir cəbhədə birləşəcəklər”
“Sabiq prezidentlər Paşinyana qarşı bir cəbhədə birləşəcəklər”
Ermənistanın sabiq prezidenti Robert Koçaryan yeni siyasi partiya yaradır. İşğalçı ölkə mətbuatı xəbər verir ki, o, yeni partiyasının müxalifətə keçəcəyini açıqlayıb: "Partiyanın necə adlandırılacağının prinsipial fərqi yoxdur. Prinsipial olan adaptasiya edəcəyimiz yanaşmalardır. İndi müxalifət düşərgəsində ciddi boşluq görürəm və onu doldurmağa çalışacam”.
Koçaryan hakimiyyət hərisi olmadığını və buna görə 10 il siyasətdən uzaq qaldığını açıqlayıb. Bununla belə, baş verən hadisələrə biganə qala bilmədiyini etiraf edib: "Mənim partiyam yoxdur. Bu o deməkdir ki, yeni partiyanı sıfırdan yaratmalıyam. Həm də seçkilərə yenilənmiş, gənc komanda ilə getmək istərdim. Komanda toplamaq üçün adətən ilk addımın nə olur? Sən ətrafdakı, ünsiyyətdə olduğun insanlara baxırsan”.
O bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmaq qərarında israrlıdır.
Xatırladaq ki, hələ bu ilin yay aylarında Koçaryan yenidən siyasətə qayıtdığını bəyan etmişdi. İndi isə partiya yaradacağını söyləyir. Maraqlıdır ki, o 2008-ci ilin 1 mart hadisələrində əsas şübhəli şəxs kimi həbs edilmişdi. Lakin az müddətdən sonra müəmmalı şəkildə azadlığa buraxıldı. Koçaryanın siyasətə qayıdışı, partiya yaratması erməni siyasətçilər arasında əsas müzakirə mövzularından birinə çevrilib.
"Şərq” erməni KİV-ə istinadən bildirir ki, analitik Stepan Qriqoryan söyləyib ki, Koçaryan siyasətə nə öz arzusu, nə də iradəsi ilə qayıdır:
"Koçaryanın bu seçimi etməsi, çox güman ki, onun özünü qorumağa hesablanıb. Məlumdur ki, 1 mart hadisələrində ən çox adı hallanan Koçaryan qorunmağın ən optimal yolunu "siyasətə qayıtmaqda” gördü. Belə ki, bu halda dövlətin ona qarşı hər hansı bir "iradını” o "onlar məni təqib edirlər" kimi qələmə verəcək. Düşünürəm ki, belə bir addımın atılması ona vəkilləri tərəfindən təklif olunub”. Erməni siyasətçinin fikrincə, Koçaryan hazırda erməni cəmiyyətinin ona qarşı olan münasibətini gözəl anlayır: "Mən, sabiq prezidentin maliyyə qaynağına malik olduğunu istisna etməsəm də, onun gələcəkdə siyasi sahədə hər hansı bir uğur qazana biləcəyinə inanmıram. Çünki siyasətə qayıtmağın vacib komponentlərindən biri və bəlkə də əsası vətəndaşlarla görüşmək, onlarla ünsiyyət qurmaqdır. Lakin hazırkı məqamda Koşaryanın vətəndaşlarla necə görüşə biləcəyini təsəvvür edə bilmirəm. Çünki bu gün Ermənistan əhalisinin əksəriyyəti onun haqqında çox mənfi fikirdədir”.
Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Koçaryanın öz istəyi ilə siyasətə qayıtmadığı qənaətindədir. O, "Şərq”ə bildirib ki, qaniçən Koçaryanın siyasətə qayıdıb, partiya yaratması, Ermənistanda ciddi qarşıdurmalara, vətəndaş müharibəsinə yol aça bilər:
"Həbsdən çıxsa da onun haqqında açılan cinayət işi hələ bağlanmayıb. Proseslər onu göstərir ki, Moskvanın təlimatı ilə Koçaryan həm aktiv siyasətə qayıtmaq, həm də baş nazir Nikol Paşinyana qarşı cəbhə formalaşdırmaq fikrindədir. Çox güman ki, bu cəbhədə Serj Sarkisyanla birgə hərəkət edəcək. Faktiki olaraq Sarkisyanın "Respublikaçılar” partiyası var, parlamentdə də ən böyük fraksiyadır.
Yəqin ki, Koçaryan da öz partiyasını yaratmaqla Sarkisyanın təşkilatı ilə blok yaradıb Paşinyana qarşı müxalif olacaq. Koçaryanın buna nə dərəcədə nail olacağını demək çətindir. Amma bu gün Paşinyanın daxildə vəziyyəti o qədər də ürəkaçan deyil.
Ona qarşı etirazlar var. Hətta polis sistemi bu gün Paşinyana etiraz edirlər. Ola bilər ki, "Qarabağ klanı” və Ermənistanda Paşinyana qarşı olan müəyyən siyasi dairələr birləşərək güclü siyasi blok formalaşdırsınlar”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm