Komitə rəsmisindən tövsiyə: Məhərrəmlikdə bu əməllərə yol verilməməlidir
15:33 02.09.2019
Arxiv
342
Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aşura mərasimləri: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirədə DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib.
Sədr müavini bildirib ki, Azərbaycan və azərbaycanlılar üçün təkcə din yox, həm də mədəniyyət mənasını ifadə edən İslam bizim mövcudluğumuzu şərtləndirən və təsdiqləyən fakta çevrilib: "Bu nöqteyi-nəzərdən təkcə onu demək kifayətdir ki, Azərbaycanın son 14 əsrlik tarixini, elmini, mədəniyyətini, ədəbiyyatını, məişətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil. Milli dəyərlərimiz dini dəyərlərimizlə o qədər bütünləşib ki, onların sərhədlərini müəyyənləşdirmək nəinki çətindir, hətta, mümkünsüzdür".
Sədr müavini qeyd edib ki, elmə, təhsilə, müasirliyə, dünyəviliyə, qadına, ailəyə yüksək dəyər verilməsi, məzhəbçilikdən uzaq olması Azərbaycanda ənənəvi İslamın xarakterik xüsusiyyətləridir və milli mənsubiyyətimiz, mədəniyyətimizlə bağlı hər şeyi inkar etmək və buna İslam prizmasından haqq qazandırmağa çalışmaq qəbuledilməzdir. Komitə rəsmisinin sözlərinə görə, din və etnik məsələ dövlətlərin və siyasi dairələrin məqsəd və hədəflərinə çatmaları üçün "ən yaxşı vasitə", "ən təsirli silah" kimi qalmaqdadır.
Bəzi maraqlı dairələrin təbliğatlarını milli kimliyimizin, hətta milli mədəniyyətimizin, adət-ənənələrimizin inkarı üzərində qurduğunu təəssüflə bildirən G.İsmayılov Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub.
DQİDK sədrinin müavini əlavə edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsi vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm