Komitə sədri: “Kişilərin sayı artır”
08:13 26.12.2013
Arxiv
2449
Digər dövlətlərdə olduğu kimi, Azərbaycan da bu gün demoqrafik problemlə üzləşib.
APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında çıxışı zamanı deyib ki, son iyirmi ildə kişilərin sayı sürətlə artıb, əhali arasında cins nisbəti bərabərləşib.
H.Hüseynova qeyd edib ki, demoqrafik problemlə əlaqədar olaraq profilaktik tədbirlərin keçirilməsi vacibdir. Onun sözlərinə görə, selektiv abortların fəsadları ilə bağlı orta məktəblərdə, vətəndaşların qeydiyyatı idarələrində, tibb müəssisələrində maarifləndirici işlər aparılmalıdır: "Demoqrafik istiqamətdə qadın və kişilərin saylarındakı nisbətin dəyişməsi cinslər arasında disbalansın yaranmasına gətirib çıxara bilər. Bunun üçün selektiv abortların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birlikdə məsələyə nəzarəti artırmaq məqsədəuyğundur. Ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində daha çox mənəvi dəyərlərin aşılanması üçün maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində məlumatlandırıcı işlər aparılmalıdır. İntihar hallarının, xüsusilə uşaqlar arasında intiharın sayının çoxalması müəyyən tədbirlərin həyata keçirilməsi məsələsini aktuallaşdırır. Təhsil Nazirliyi ilə birgə "Məktəb psixoloqu” sosial təsisatının aktivləşdirilməsi, "Ailə psixoloqu” institutunun yaradılması bir çox dövlətlərdə olduğu kimi, "İnformasiya və psixoloji təhlükəsizlik haqqında” qanun hazırlanması və əsaslandırılması üçün tədbirlərin keçirilməsi məqsədəuyğun olardı. Qadınların idarəetmə və qərar qəbuletmədə iştirakının artırılması istiqamətində tədbirlərin keçirilməsi zəruridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya