Körpələrə serial qəhrəmanlarının adları verilir
08:46 01.03.2018
Arxiv
1251
Aydınxan Əbilov: “Mən digər müsəlman ölkələrinə məxsus adların millətimizin nümayəndələrinə qoyulmasının qəti əleyhinəyəm”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, Azərbaycanda son zamanlar yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.
Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir: "Türkiyə türkcəsində "e” ilə yazılan adlar bizdə "ə” ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur”.
S.Sadıqova qeyd edib ki, ümumiyyətlə son illərdə uşaqlara daha çox türk mənşəli adların qoyulmasına maraq artıb: "Azərbaycan abidələrində işlənən adlara da maraq artıb. Amma əvvəllər qoyulan Qızbacı, Xanımbacı, Balacaxanım, Xırdaxanım adlarını artıq heç kəs qoymur. Bu adlar əvvəllər daha çox qoyulan adlar olsa da, 2010-cu ildən sonra bu adlar uşaqlara verilməyib. Ancaq seriallardakı adlara meyl artıb”.
Yazıçı-kulturoloq Aydınxan Əbilov "Şərq”ə açıqlamasında yalnız və yalnız milli adlarımızın qoyulmasının tərəfdarı olduğunu söyləyib. Yazıçının sözlərinə görə, hər bir millət öz nümayəndələrinə verdiyi adlarla tanınır. Milli mənsubiyyətimizin qorunması üçün də məhz Azərbaycan adlarının qoyulması vacibdir:
"Vaxtilə SSRİ-də yaşayan zaman soyadımızı rus sonluğu ilə yazdırsalar da, fəxrlə ata adının sonluğuna "oğlu” sözünü artırır və milliliyimizi sübut edirdik. İkinci dəfə müstəqilliyimiz bərpa olduqdan sonra Azərbaycana müxtəlif sahələrdə, hətta düşüncə və texnologiyada yeniliklər gəldi. Azərbaycan insanı bu yeniliklərin yaxşı cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də götürməyə başladı. Onlardan biri də sözsüz ki, vətəndaşlarımızın yad millətlərə məxsus terminləri ad kimi götürməsi oldu. Bu, ilk olaraq sosial mediada, internetdə yayılmağa başladı. Əvvəlcə ingilis, rus və digər xalqlara məxsus adlar verildi, feysbukda bir çox insanlar öz rəsmi ad və soyadını yox, məhz müxtəlif əcnəbi sözləri ləqəb götürürdülər. Bununla da onlar özlərini bir növ digər kütlədən fərqləndirməyə çalışırdılar. Artıq bu hal rəsmi adlara da təsir edib.
Bu məsələ ilə bağlı Terminologiya Komissiyası və Milli Elmlər Akademiyası müxtəlif fikirlər səsləndirdilər. Dəfələrlə dövlət qurumları Azərbaycanda övladlarına xarici adlar qoyan valideynlərə ictimai müraciət etdilər. Hətta ictimaiyyətin də qınağı oldu. Fərqi yoxdu, bu adlar bizim qardaş ölkə və yaxud yad millətin adlarıdır. Bu baxımdan ən yaxın millətlər və digər müsəlman ölkələrinə məxsus adların millətimizin nümayəndələrinə qoyulmasının qəti əleyhinəyəm. Uzun müddət ərəb və fars dilli sözlər və adlar xalqımız tərəfindən qoyulurdu, hətta bunun üçün ictimai etiraz da oldu. Yazıçılarımız, şairlərimiz bununla bağlı uzun müddət etirazlarını bildirdilər. Yenə də yalnız milli adlarımızın qoyulmağının tərəfdarıyıq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual