Korrupsiyaya qarşı mübarizə daha da gücləndirilir
19:30 08.09.2016
Arxiv
585
Əliməmməd Nuriyev deyib ki, sözügedən qanun layihəsi hazırlanan zaman bütövlükdə Azərbaycan qanunvericiliyi təhlil olunub
Azərbaycanın "Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa korrupsiya üzrə hüquqpozmalar barədə məlumat vermə ilə bağlı dəyişiklik edilir.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə olunub. Dəyişiklik layihəsinə əsasən qanuna 11-1 maddənin əlavə edilməsi təklif edilir.
Maddədə göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Konstitusiya Araşdırmalar Mərkəzinin prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən əlavə və dəyişikliklərin mahiyyəti korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin hüquqlarının müdafiəsi və büdcə təşkilatlarında korrupsiya hallarının məhdudlaşdırılması ilə bağlıdır: "Dövlət büdcəsindən maliyyələşən istənilən təşkilatda korrupsiya hüquqpozmaları ilə bağlı məlumatlar xarakterindən asılı olaraq həmin müəssisənin daxilindəki nəzarət bölmələrinə və ya hüquqi şöbələrə (bu strukturlar hər bir təşkilatda var) verilir. Dəyişikliklərdə də qeyd olunduğu kimi müraciətlər obyektiv şəkildə araşdırıldıqdan sonra lazımi addımlar atılır. Amma hər bir şəxsə səhv məlumat verməmə öhdəliyi qoyulub”.
Bu mexanizmin dünyanın bir çox ölkələrində özünü doğrultduğunu vurğulayan Fond rəhbərinin sözlərinə görə, xaricdə bu məsələ hətta ayrıca qanunla tənzimlənir və ayrıca bir qurum kimi fəaliyyət göstərir: "Azərbaycanda isə korrupsiya hüquqpozmaları ilə bağlı məlumatlar yuxarıda da qeyd etdiyim kimi ilk növbədə müəssisədaxili nəzarət qurumlarına veriləcək, daha sonra isə müəssisə rəhbərliyi tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ötürüləcək. Maddə 11-2-də də qeyd edilib ki, səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir. Həmin müddət ərzində korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslər işdən çıxarıla, vəzifəsi aşağı salına bilməz. Eyni zamanda onlara qarşı qərəzli münasibət də yolverilməz hesab olunur”.
Sözügedən layihənin Prezident tərəfindən Milli Məclisə təqdim olunduğunu vurğulayan Ə.Nuriyevin sözlərinə görə, əlavə və dəyişikliklər Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən hazırlanıb: "Bütün bu addımlar korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinin tərkib hissəsidir. Həmçinin Azərbaycan Respublikası 2016-2018-ci illərlə bağlı investisiyaların təşviqi ilə bağlı milli fəaliyyət planı qəbul olunub və həmin fəaliyyət planında da belə bir qanunun qəbul olunması nəzərdə tutulmuşdu. Bu qanun eyni zamanda aparılan iqtisadi islahatlara da öz töhfəsini verəcək”.
"Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa nəzərdə tutulan dəyişikliklərin korrupsiyaya qarşı mübarizədə növbəti bir instrument olduğunu deyən Ə.Nuriyev deyib ki, sözügedən qanun layihəsi hazırlanan zaman bütövlükdə Azərbaycan qanunvericiliyi təhlil olunub və ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya