Kriminal aləmin "general"ına ağır cəza verildi - LOTU QULİYLƏ SAVAŞDAYDI
13:19 29.03.2018
Arxiv
695
Kiriminal aləmdə "Şakro Maladoy” ləqəbiylə tanınan "qanuni oğru" Zaxari Kalaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın "Ria Novosti” saytına istinadən məlumatına görə, "Şakro Maladoy” 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. O, milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.
1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutur. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü "qanuni oğru” Tariel Onianinin ("Taro”) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirir. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı "kriminal aləmin generalı” kimi keçir. Onun müxtəlif dövrlərdə "Solntsev”, "İzmaylovski” və "Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.
Kürd əsilli "Ded Xasan" kimi tanınan Aslan Usayanın öldürülməsindən sonra onun varisi məhz "Şakro" seçilib və böyük klanın başına gətirilib.
Onu da qeyd edək ki, 1 nömrəli qanuni oğru adına hazırda İstanbulda yaşayan azərbaycanlı Nadir Səlifov (Lotu Quli) da iddia edirdi. Amma son anda qərar Şişkanovun xeyrinə verilib. Məlumata görə, bu məsələdə həlledici rolu Şakro Molodoy oynayıb. Buna görə də Şakro Molodoy və "Lotu Quli"nin münasibətlərinin yaxşı olmadığı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya